COVID-19 testini telefonla keçmək mümkün olacaq

09.02.2021 - 15:10

Fransanın Lill Universitetinin mütəxəssisləri mobil telefon vasitəsilə koronavirus testindən keçmək imkanı yaradan cihaz hazırlayıblar.

Report “BFM”ə istinadən xəbər verir ki, zahirən flashcarda bənzəyən yeni cihaz telefona taxılandan sonra üzərinə yerləşdirilən birdəfəlik test zolağına burundan götürülən mayenin bir neçə damlası çəkilir.

Tədqiqatın rəhbəri professor Sabin Szünerits adi tüpürcəklə testdən keçməyin mümkün olacağı cihaz üzərində çalışdıqlarını bildirib.

Onun sözlərinə görə, koronavirusun ətrafındakı spayk proteinlər cihazdakı elektrik sahəyə təsir edərək elektrik siqnalının gücünü dəyişdirir.

Yeni cihaz 10 dəqiqə ərzində nəticəni göstərir və 90 faizlik səmərəyə malikdir. Testin nəticəsi qrafik və rəqəmlərlə birgə telefonun ekranına gəlir.

Hazırda müəlliflər tam klinik sınaqlardan keçmiş yeni cihazın istehsalı üçün sponsor axtarırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=160980

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728