“Borjomi” qalmaqalıilə yeni məlumatlar

19.04.2014 - 10:15

“Borjomi” qalmaqalıilə yeni məlumatlar

Şirkət məhsullarını Kəmaləddin Heydərova satmaq istəmir 
Artıq 7 aydır ki, Gürcüstandan Azərbaycana “Borjomi” meneral sularının idxalıdayandırılıb. “Borjomi” şirkətindən dəfələrlə Azərbaycana mineral su məhsullarıilə dolu olan maşınlar göndərilsə də, yük maşınlarıgömrük- keçid məntəqəsindən  buraxılmır.  Azərbaycan tərəfi bu məhsulların ölkəyə gətirilməsində heç bir problem olmadığını, sadəcə  idxal olunan məhsulun  gömrük  tələblərinə cavab vermədiyini  bildirir.
Avropa.info “Borjomi”yə qoyulan qadağayla bağlıilginc məlumat əldə edib. Məlumata görə, “Borjomi”nin ölkəyə idxal olunmasında əsas maneə, bu şirkətin Azərbaycandakırəsmi  distribyutoru “Aqua Line” şirkəti ilə məşhur “Gilan Holdinq” arasında yaşanan narazılıqdır. Belə ki, ötən ilin oktyabrından “Gilan Holdinq” “Aqua Line”dən “Borjomi” sularının rəsmi distribyutorluğunu almaq istəyib. “Aqua Line”-nin bundan imtina etmək istəməməsi isə şirkətin “Borjomi” məhsullarınıölkəyə gətirməsində maneəyə səbəb olub. Məhz bundan sonra, “Borjomi” məhsullarının  Azərbaycana gəlişi dayandırılıb.
Məlumata görə, “Gilan Holdinq” “Barjomi”nin məhsullarınıözü  idxal etmək istəsə də, artıq 7 aydır ki, problem yaşanır. “Borjomi” şirkəti Azərbaycandakırəsmi distribyutoru olan “Aqua Line”dən başqa heç bir şirkətə məhsullarınıetibar etmir. “Borjomi” şirkəti  bir neçə ay öncə  Azərbaycan mətbuatına açıqlamasında Bakıdakınümayəndəliyinə problemlər yaradıldığınıetiraf etmişdi.
Məlumata görə, “Barcomi” mineral sularının Azərbaycana idxalının dayanmasından sonra şirkət  müflis olub.  Belə ki, “Aqua Line” 68 işçisini ixtisar etməyə məcbur olub.
Qeyd edək ki, “Aqua Line” şirkəti baş nazirin sabiq birinci müavini Abbas Abbasova məxsusdur. Şirkətin idarəetməsini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov həyata keçirir. “Gilan Holdinq”in isə fövqəladə hallara naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. “Borjomi” qalmaqalı”nın kökündə Abbas Abbasovun Azərbaycandakıbiznesinin çökdürülməsi planlarının dayanmasıbarədə mülahizələr var.

Short URL: http://www.cumhuriyyet.net/?p=16099

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930