“Putinin niyyəti Qərbi şantaj etməkdir”
19.04.2014 - 10:48

“Soyuq müharibə nəticəsində Sovet İttifaqının aqibəti necə oldusa, Rusiyanın da aqibəti elə olacaq”
Vəfa Quluzadə: “Rus xalqına əsas təhlükə Rusiyanın mürtəce imperiya, diktatura sistemidir”
Rusiya prezidenti keçirdiyi mətbuat konfransında Ukraynadakı son vəziyyəti şərh etməklə yanaşı Qərbin də ünvanına hədələr səsləndirib. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına imkan verməyəcəyini deyən Putin növbəti hədəflərini də açıqlayıb. Maraqlıdır ki, Putinin mətbuat konfransı ilə eyni günə təsadüf edən Cenevrə görüşündən sonra xarici işlər naziri Sergey Lavrov fərqli mövqedən çıxış edib və dolayısı ilə Rusiyanın geri çəkilmək məcburiyyətində qaldığını etiraf edib.
Rusiya prezidenti və XIN başçısının fərqli mövqeyi, həmçinin mətbuat konfransında səslənən digər fikirlərlə bağlı politoloq Vəfa Quluzadənin mövqeyi ilə tanış olduq.
– Putin mətbuat konfransında iddialı danışdı və Qərbin ünvanına hədələr səsləndirdi. Lakin Cenevrə görüşündən sonra Lavrovun mövqeyi xeyli fərqli idi. Bu fərq nə ilə bağlıdır?
– Putinin Ukraynanın şərqini, Dnestryanını ələ keçirmək arzularını nümayiş etdirməsi əslində Qərbə təyziqdir ki, Qərb Krımın işğalı ilə barışsın. Çünki əgər bu basqılar olmasaydı, Qərb Krımın üstündə Rusiyaya möhkəm təpki göstərəcəkdi. Putinin bu çıxışı başdan ayağa şou idi və daha çox xaricə ünvanlanmışdı. Qərbə mesaj idi ki, gəlib başqa əyalətləri də işğal edə bilərəm. Lavrov da Rusiyanın mövqeyini ifadə edirdi ki, bu məsələlərdə geri çəkilə bilər. Ancaq həm də göstərmək istəyirdi ki, təqsir təkcə Rusiyada deyil, Ukraynanın da günahı var. Əslində bu belə deyil. Ukraynanı Rusiya bu günə salıb. Hamı deyir Ukraynanın ordusu yoxdur. Nəyə görə 50 milyonluq xalqın ordusu olmasın? Çünki Rusiya Ukraynanın ordusunun yaradılmasına bir tərəfdən maneəçilik törədib, o biri tərəfdən Ukrayna ordusuna yalnız ruslar, Rusiyaya meylli adamlar cəlb olunub. Sovet imperiyasında Baltik respublikalarından olanlar döyüş hissələrində xidmət etməyib, onlar tikinti batalyonlarında xidmət edib. Ukraynanın qərbindən, Lvov tərəfdən olanlar ordunun döyüş hissələrinə buraxılmırdı. Ona görə Ukrayna ordusunda ölkəyə sadiq qüvvələr olduqca azdır. Amma Rusiyanın Ukraynanı zəbt etmək imkanı yoxdur. Bu məsələdə Rusiya geri çəkiləcək. Əslində Cenevrə görüşü Rusiyanın geri çəkilməsi demək idi. Çünki Rusiya çöküş vəziyyətindədir. Iqtisadiyyatı Krımı həzm edə bilməyəcək. Krım onlar üçün böyük çətinlik olacaq. Burda başqa məsələlər də var. Putin ona görə cəsarət edib gedib Krımı işğal edib ki, ölkədə inqilabi vəziyyət yarana bilərdi. Xalqı öz ətrafında toparlamaq, özünün reytinqini qaldırmaq üçün həqiqətən də bu gözəl imkan idi. O da bu imkandan istifadə etdi. Lakin bununla bərabər Putin praqmatik siyasətçidir. O başa düşür ki, bu cür siyasət davam etməməlidir. Bu addımları atandan sonra Qərbdən buna qiymət istəyəcək ki, baxın, rus xalqı Krımı Rusiyanın ərazisi hesab edir. Krımda əhalinin 70-80 faizini ruslar təşkil edirdi. Ona görə də Krımla barışın. Qərb də Krımda olan vəziyyəti anlayır. Ukraynanın şərqində vəziyyət tamamilə fərqlidir. Hər halda Rusiya Ukraynanı itirib və bu addımlar bir daha ukraynalılarda Rusiyaya qarşı hiddət, qəzəb hislərini gücləndirir. Ukrayna özü üçün çıxış yolunu yalnız Avropa Birliyinə və NATO-ya inteqrasiyada görür. Putinin burda bir tələbi də olacaq ki, Ukrayna neytral olsun, NATO-ya daxil olmasın. Ancaq bu o demək deyil ki, Ukrayna NATO-ya daxil olmayacaq. Üçüncü dünya müharibəsi qorxusu yoxdur. Çünki rus ordusu Amerika ordusu ilə döyüşəcək səviyyədə deyil. Baxmayaraq ki, nüvə dölətidir. Amerika Ukraynanı Rusiyaya güzəştə getməyəcək. Rusiya Ukraynanı işğal edə bilməyəcək. Danışıqlar olacaq, alver olacaq. Rusiya müxtəlif tələblər irəli sürəcək. Nə mümkündür qopartmağa çalışacaq.
“Cenevrə görüşü Putinin geri çəkildiyini göstərir”
– Putin nə Kiyev hakimiyyətini, nə də mayda keçiriləcək prezident seçkilərinin nəticələrini tanımayacağınıdeyib. Bu, Rusiyanın Ukraynada yeni planlarından xəbər verə bilərmi?
– Artıq Qərb Rusiyaya qarşı sanksiyalar təyin edib. Şərtləri də bundan ibrət olub ki, əgər Rusiya Ukraynada təxribatlarına son qoysa, qoşunlarını çəksə, onda bu sanksiyalar tətbiq olunmayacaq. Indiyə qədər Rusiyaya qarşı ciddi sanksiya qəbul olunmayıb. Amma buna baxmayaraq Rusiya 150-170 milyard dollar itki verib. Ölkədən böyük kapital axınıvar. Sərt sanksiyaların Rusiyaya qarşı tətbiq olunması soyuq müharibənin başlanmasıdır. Soyuq müharibənin nəticəsində sovet ittifaqının aqibəti necə oldusa, Rusiyanın da aqibəti elə olacaq. Putinin gücü varsa, soyuq müharibəyə girişsin. Ancaq özü də dəfələrlə bəyan edib ki, o, soyuq müharibəni istəmir. Cenevrə görüşü Putinin geri çəkildiyini göstərir. Ola bilsin Putinin başqa planları var. Putin başa düşür ki, Rusiya iqtisadiyyatı çökməkdədir. Deməli, onun hakimiyyəti də çökməkdədir. Bu hakimiyyəti əslində nə cür saxlamaq olar. Rusiya üçün ən pis variant odur ki, ölkədə repressiyalar olsun, hakimiyəti tənqid edənlər xain elan olunsun, ölkə yavaş-yavaş Şimali Koreya səviyyəsinə doğru getsin.
“Putin rus xalqını NATO ilə qorxudur”
– Putin etiraf edib ki, NATO-nun genişlənməsinə imkan verə bilməzdi. NATO qoşunlarıSimferopola qədər gəlsəydi, bu Rusiya üçün təhlükə olardı. Rusiya prezidentinin NATO-nun genişlənməsinə bundan sonra da mane olacağınıetiraf etdiyini demək olar?
– Rusiya mürtəce imperiyasıbaşa düşür ki, güclü NATO ona təhlükədir. Əslində NATO nəyə görə yaranıb, bunu bilmək lazımdır. Stalin bütün Avropanıişğal etmişdi və ABŞ-ın atom bombasıortaya çıxmasaydı, qoşunlarınıHitlerin darmadağın etdiyi Avropadan çıxarmaq fikrində deyildi. Ona görə bütün bu Avropa xalqlarıStalin işğalından, Rusiya imperiyasından qurtarmaq üçün NATO-ya can atıblar. Indiki zamanda bütün keçmiş sovet respublikalarıNATO barəsində düşünür. Baltik respublikalarıartıq NATO-ya daxil olub. Gürcüstan açıq şəkildə elan edir ki, biz NATO-ya daxil olmaq istəyirik. Biz isə bunu açıq-aşkar deyə bilmirik. Çünki müharibə vəziyyətində olan dövlətik. Müharibə vəziyyətində olan dövlət NATO-nun nizamnaməsinə görə ora daxil ola bilməz. Hətta Islam Kərimov da NATO-nun üzvü olmaq istəyir. Mən 1998-1999-cu illərdə NATO haqqında bəyanatlarımıverəndə hamıelə başa düşdü ki, Azərbaycan bu dəqiqə NATO-ya daxil olur. O dəqiqə Şevarnadze bəyanat verdi ki, Gürcüstan da bunu istəyir. Ondan sonra Islam Kərimov da bəyanat verdi ki, Özbəkistan da NATO-ya daxil olmaq istəyir. Çünki hamısıRusiyadan qorxur. Hamıbilir ki, rus imperiyasıböyük təhlükədir. Bu təhlükədən qorunmaq üçün hamıNATO-ya can atır. NATO faktiki surətdə hücum mexanizmi deyil. Ona sığınan ölkələrin müdafiə mexanizmidir. Sözsüz ki, təcavüzkara cavab verərək hücum da edə bilər. Putin NATO ilə rus xalqınıqorxutmasın. Rus xalqına əsas təhlükə Rusiyanın mürtəce imperiya, diktatura sistemidir. Putin diktaturadan, avtoritarizmdən bəhrələnir. Ona görə də NATO-nu sevmir, hamınıNATO ilə qorxudur. NATO bu illərdə heç kimə hücum etməyib. Yalnız ona hücum edənlərə cavab verib. Putin Iraqı, Liviyanımisal gətirir. Liviyanın prezidenti terrorçu olub, terrorçuya sərnişin təyyarəsini partlatdırıb. Bir neçə yüz adam orda həlak olub. Sonra terrorçuluğunu boynuna alıb. Dövlətin başında terrorçunun qalmasımümkün deyil. Səddam Hüseyn də onun tayıdır. O da terroçularla əlaqəli idi, terroru dəstəkləyirdi. Amerikanın öz düşmənlərini aradan götürməyə tam haqqıvar. Ancaq Putin deyir ki, Səddam Hüseyn və Qəzzafi sülhsevər adam olublar, ABŞ da durduğu yerdə onlara hücum edib. Bu doğru deyil. Iraq xalqıda Səddam Hüseyndən, Liviya xalqıda Qəzzafidən canınıqurtarmaq istəyirdi. Putin Amerikanıdüşmən adlandırsa, onda ABŞ-ın siyasətinin qarşısında durmalıdır.
“Çinlə Rusiyanın müttəfiqliyi gülüncdür”
– Putin Çinlə ittifaqdan söz açır. Belə bir ittifaqın yaranmasımümkündürmü?
– Çin heç vaxt Amerikanın əleyhinə Putinlə ittifaqa daxil olmayacaq. Çin yalnız özünün maraqlarınıqoruyan və onlarıinkişaf etdirən bir dövlətdir. Rusiya Çinə istədiyi qiymətə qazınısata bilməyəcək. Danışıqlar olub, Çin Rusiyaya qazın bir kubmetrinə 300 dollar təklif edib. Amma Avropa Rusiyaya 500 dollara yaxın pul verir. Ona görə Çin heç vaxtıRusiyanın müttəfiqi olmayacaq. Çinin Rusiyaya qarşıböyük ərazi iddialarıvar və Rusiyanın güclənməsində maraqlıdeyil. Çin də özünü Amerikanın düşməni kimi təqdim etməyin tərəfdarıdeyil. Öz siyasətini aparır və bu olduqca qədim və uğurlu bir siyasətdir. Rusiya ilə Çinin müttəfiqliyi heç kommunist dövründə mümkün olmayıb. Mao Dze Dun sovet ittifaqından qorxaraq üzünü Amerikaya çevirmişdi. Iki kommunist rejim gəlib müttəfiq ola bilməyiblər. Indi Çinlə Rusiyanın müttəfiqliyi gülüncdür. Putin bu ifadələri yalnız Qərbi şantaj üçün işlədir. Ya da özü xalqınıaldatmaq istəyir ki, baxın görün biz tək deyilik. Çin də bizimlə ola bilər.
(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=16102