AB komissarı: “Azərbaycan Avropanın qaz bazarında daha böyük rol oynaya bilər”

19.04.2014 - 12:04

AB komissarı: “Azərbaycan Avropanın qaz bazarında daha böyük rol oynaya bilər”

Avropa Birliyinin (AB) enerji təhlükəsizliyi üzrə komissarı Günter Ottinger Azərbaycan, Norveç və Əlcəzairi gələcəkdə Avropanın qaz bazarında daha böyük rol oynaya biləcək ölkələr adlandırıb.
APA-nın məlumatına görə, “Welt am Sonntag” nəşrinə müsahibəsində G.Ottinger həmçinin Avropa Birliyi ölkələrini Rusiya ilə enerji sahəsində əməkdaşlığını azaltmaqdan çəkindirib, bununla belə enerji daşıyıcılarının diversifikasiyası yollarını axtarmağa çağırıb.
 
Avropa Birliyinin komissarı qeyd edib ki, Avropa Ukraynaya qaza görə yığılmış borcu Rusiyaya qaytarmaq üçün kömək etməlidir. Əks halda Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər.
 
“Hazırda mümkün qaz böhranından qaçılmalıdır və qış ayları üçün enerji təhlükəsizliyini təmin etmək lazımdır. Biz Ukraynaya 2 milyard dollar borcu ödəmək üçün kömək etməsək, Rusiya bu ölkəyə daha qaz nəql etməyəcək”, – deyə o vurğulayıb.
 
Ukraynanın önəmli tranzit ölkəsi olduğunu xatırladan G.Ottinger Almaniyaya da toxuna biləcək çətin nəzarət oluna biləcək prosesin başlayacağını istisna etməyib. 

Short URL: http://www.cumhuriyyet.net/?p=16104

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930