“Azərsu”nun Qaraçuxurda “bildiriş-qoçu”ları

19.04.2014 - 15:28

“Azərsu”nun Qaraçuxurda “bildiriş-qoçu”ları

“Azadlıq” qəzetinin elektron ünvanına “Azərcu” işçilərinin Qaraçuxur qəsəbəsində özlərini qoçu kimi aparmasına dair şikayət məktubu daxil olub. Məktubun müəllifi həmin qəsəbədə yaşayan Ermənmistan qaçqını Pürzə Bayramovadır. Məktubu olduğu kimi təqdim edirik ki, bəlkə aidiyyatı şəxs və qurumlar oxuyub bir ölçü götürələr.
“Nəzərinizə çatdırıram ki, mən Bayramova Pürzə Bayram qızı 1988-ci ildən Ermənistan qaçqını kimi  Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi ev 2, mənzil 14 ünvanında yaşayıram. 86 yaşım var,  həyat yoldaşım ikinci dünya müharibəsi əlili olub,1990-cı ildə vəfat edib. 
17 aprel 2014-cü il tarixdə özlərini Azərsu ASC-nin Suraxanı rayon şöbəsinin işçiləri kimi təqdim edən  4 nəfər  yaşadığım evin həyətinə soxularaq  suyu kəsəcəklərini dedilər  və heç bir izahat vermədən su borusunu kəsdilər. Bunun hansı səbəbə edildiyini soruşanda isə məni və ailə üzvlərimi təhqir etdilər, borcumuzun olduğunu bildirdilər. Biz isə bildirişi təqdim edin dedik və bu zaman şəkildə gördüyünüz və əlləri cibində olan ağ köynək geyinmiş şəxs elə əlləri cibində də üstümüzə  gələrək bildiriş mənəm dedi, o birilər isə bir ağzıdan onun dediyini təkrar edərək ucadan qışqırmağa, bizi təhqir etməyə, hədə-qorxu  gəlməyə başladılar.  Adi davranış qaydalarından məhrum olan, məsuliyyət hissini itirən belə adamları işə götürənlər düşünsələr, yaxşı olardı.
Uzun müddətdir ki, mənzilimizə su sayğacı qoyulması ilə bağlı müraciətimizi qulaqrdına vuran Suraxanı şöbəsi adambaşına su sərfi kriteriyasına uyğun olaraq, hətta mənzildən qeydiyyatdan çıxanları, bu ünvanda yaşayanlardan rəhmətə gedəni belə nəzərə almadan bizdən su pulu alırlar. Özlərini sözün əsl mənasında qoçu kimi aparan bu şəxslər əhalidən pulu evdə götürür, hətta  bunu israrla tələb edirlər. Və beləliklə əhalinin borcları tükənmir ki, tükənmir…
Hörmətli, redaksiya bu məsələni qəzetinizdə işıqlandırmağı, mənim kimi Azərsu ASC-nin qoçularının təhqir və təhdidi ilə üzləşən yüzlərlə ailənin  problemlərinə diqqət ayırmağınızı xahiş edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=16108

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930