Putini hədələyiblər: “40 milyardın dondurula bilər”

20.04.2014 - 11:10

Putini hədələyiblər: “40 milyardın dondurula bilər”

Rusiyalı siyasi texnoloq Taras Berezoveç diqqət çəkən açıqlama verib. “Axar.az” xəbər verir ki, Rusiya Cenevrədə razılaşmaya üçüncü sanksiyaların qorxusundan və şəxsən Vladimir Putinin varidatının dondurulacağı xəbərdarlığından ehtiyatlanaraq imza atıb. 
Sənədin hüquqi mahiyyət daşımadığını diqqətə çatdıran politoloq bu səbəbdən gələcəkdə hansı hadisələrin baş verəcəyinə şərh verməkdə çətinlik çəkib. Əlavə edib ki, istənilən halda müqavilə Ukraynadakı gərginliyi bir qədər səngidib.   
Berezoveç Rusiyanın geri çəkilməsinə əsas səbəbi də göstərib və bildirib ki, rəsmi Moskva Putinin İsveçrə banklarındakı 40 milyard dollar vəsaitinin dondurulacağından ehtiyatlanıb:   “Sanksiyaların siyahısı Deşiça qapıdan çıxan zaman açıqlanıb. Bu vaxt zalda Kerri, Eşton, Lavrov və Böyük Britaniyanın Xarici İşlər naziri qalıblar. Siyahıda Putinin şəxsi varidatı məsələsi də yer alıbmış. Söhbət Putinin İsveçrədəki 40 milyardlıq sərvətindən gedir. Həmin vəsaitlər Amerika maliyyə xəfiyyəsi tərəfindən araşdıraraq müəyyənləşdirilib. Bu fakt açıq mətnlə Lavrovun diqqətinə çatdırılıb”.  

Short URL: http://www.cumhuriyyet.net/?p=16110

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930