Eldar Əzizov prezidentin tapşırığını “eşitməyib”

20.04.2014 - 11:57

Eldar Əzizov prezidentin tapşırığını “eşitməyib” 

Sumqayıt şəhəri 10-cu mikrorayondakı bir neçə binanın sakinlərinin hiddətinə səbəb olan məsələ yaşadıqları binanın arxasındakı parkın dağıdılıb yerində inşaat işlərinin görülməsidir.
Sakinlərin sözlərinə görə, bir neçə il öncə də bu ərazidə tikinti aparmaq istəyənlər olub. Buna imkan verilməyib. Lakin bu ilin mart ayında yenidən tikinti işləri fəallaşıb. Artıq bina tikintiisi üçün bünövrə də qazılıb.
Sakinlər ANS-ə deyib ki burda əvvələr müxtəlif növ ağaclar əkilib, ancaq tikinti işi ilə əlaqədar ağaclar kökündən çıxarılıb. Buna baxmayaraq binada yaşayanlar yenidən yaşıllığı bərpa ediblər. İndi də sakinlərin tək istəyi var ki, o da tikitinin dayandırılmasıdır.
Qeyd edək ki, Sumqayıtda ağacların qırılması ilə bağlı dəfələrlə şikayət olub. Amma şəhərin icra başçısı Eldar Əzizov bu şikayətlərlə bağlı hələ də konkret əməli addım atmır. Halbuki prezident İlham Əliyev ağacların qırılıb yerində tikinti işlərinin aparılmasını “vicdansızlıq və cinayət” adlandırıb. 

Short URL: http://www.cumhuriyyet.net/?p=16111

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930