Jrinovsnkinin istəyi reallaşır: “Qarabağda Rusiya pasportları paylanacaq”

20.04.2014 - 13:29

Jrinovsnkinin istəyi reallaşır: “Qarabağda Rusiya pasportları paylanacaq” “Ermənistan vətəndaşlarına Rusiya pasportlarının paylanması Qarabağ üçün uğurlu olacaq”.   “Axar.az” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli politoloqlar arasında aparılan sorğulardan sonra belə nəticəyə gəlib.   Mətbuat hazırda Qarabağın qorunması üçün yeganə vasitənin Rusiya pasportlarının paylanmasından ibarət olduğunu bildirib:   “Rusiya bu yaxınlarda vətəndaşlığın verilməsi haqqında yeni qaydaları təsdiqləyib. Bunun Cavaxetiyaya təsiri qaçılmazdır. Buradakı ermənilər rahat şəkildə rus pasportlarını alacaqlar. Ermənistana gəlincə isə bu vətəndaşlıq burada da paylanacaq. Rusiyaya gedən erməni vətəndaşları rahat şəkildə bu ölkənin vətəndaşlığını alacaqlar. Nəticədə bir müddətdən sonra ailələrini Rusiya vətəndaşı edə biləcəklər. Ermənistanla bərabər isə vətəndaşlığın Qarabağda da paylanması nəzərdə tutulur. Bu isə Ermənistan üçün ən uğurlu variant olacaq. Çünki Qarabağı qorumağın yeganə variantı da bu olacaq”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=16113

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930