“Rauf Mirqədirov Şahnazaryan və Babacanyanla yaxın dost idi”

21.04.2014 - 13:12

“Rauf Mirqədirov Şahnazaryan və Babacanyanla yaxın dost idi”

Haqqin.az saytının facebookdakı fan-səhifəsində dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbsi ətrafında geniş diskussiya gedib.
Erməni sosial şəbəkə istifadəçiləri də həmin diskussiyada fəal iştirak edib. Ermənistandan olan bir istifadəçi azərbaycanlı jurnalistin həbsinin səbəbləri barədə maraqlı fikir səsləndirib.
Facebook fəalı Valeri Markaryan bunları yazıb: “Mirqədirovun problemi ondadır ki, o, erməni müxalifətçiləri Şahnazaryan və Arman Babacanyanla (1in.am saytı) ilə sıx münasibətlərdə idi. Şahnazaryan bir vaxtlar bizim (Ermənistanın-red.) xüsusi xidmət orqanlarının rəhbəri olub. Əlbəttə, Mirqədirov Ermənistanın xeyrinə casusluqla məşğul olmurdu, amma fakt faktlığında qalır ki, o, həmin adamlarla dostluq edirdi. Mirqədirova doğrudan da dəfələrlə xəbərdarlıq etmişdilər, demişdilər ki, Şahnazaryan dostluq ediləsi adam deyil. Amma Mirqədirov qulaq asmadı.
Maraqlıdır ki, Azərbaycan cəmiyyəti həqiqəti axtarmayacaq. Müəyyən qədər də peşmançılıq və təəssüf hissi ilə belə hesab edəcək ki, bu adamın nəyisə çarmırdı deyə ermənilərə satıldı. İctimaiyyətin məsələlərə belə yanaşması ilə hələ 30-cu illərdən SSRİ-dən tanışıq…”
(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=16121

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930