“Rusiya Krıma görə üçqat təzyiq vəziyyətindədir”

22.04.2014 - 16:11

“Rusiya Krıma görə üçqat təzyiq vəziyyətindədir”

“Rusiya Krımın birləşdirilməsi ilə əlaqədar mürəkkəb üçqat təzyiq vəziyyətinə düşüb: dünya iqtisadiyyatında qeyri-sabitlik, öz problemlərimiz və sanksiyalar”.
 
Bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev şərşənbə axşamı Dövlət Dumasında hökumətin hesabatı ilə çıxış edərkən deyib:
“Bizim qərarımız güclü reaksiya doğurub. Krım eləcə də sanksiyalar adı altında həyata keçirilən siyasi təzyiq üçün bəhanə olub. Mahiyyət etibarilə, son dərəcə mürəkkəb vəziyyət yaranıb. Rusiya ilk dəfə üçqat təzyiq vəziyyəti ilə üzləşib. Bir tərəfdən, bu, haqqında danışdığım qeyri-sabit dünya iqtisadiyyatı ilə, digər tərəfdən də bir sıra ölkələrin düşmənçilik siyasətilə bağlıdır. Hökumət qarşımızda dayanan çağırışların və bununla bağlı baş qaldıran məsələlərin ciddiliyini çox gözəl anlayır”.
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və onlarla bir sıra tərəfdaş ölkələr Rusiyanın Krımla bağlı mövqeyinə və yarımadanın Rusiyaya birləşdirilməsinə cavab olaraq bir neçə Rusiya siyasətçisi, parlament üzvü və sahibkar barəsində sanksiyalar tətbiq edərək onların aktivlərini dondurub və onlara vizaların verilməsini qadağan edib.
Bununla birlikdə, G7 ölkələri Rusiyanı gələcəkdə Ukrayna ətrafında vəziyyətin gərginləşdirəcəyi halda onun iqtisadiyyatının bir sıra sektorlarına qarşı sanksiyalarla hədələyib. RF Xarici İşlər Nazirliyi öz tərəfindən bildirib ki, Rusiya ilə sanksiyalar dili ilə danışmaq yersiz və səmərəsizdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=16127

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930