Trofimçuk: “Moskvanın Bakıya informasiya savaşı axmaqlıqdır”
Trofimçuk: “Moskvanın Bakıya informasiya savaşı axmaqlıqdır”
Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Rusiya-Ukrayna müharibəsi faktiki olaraq başlayıb və hadisələri praktiki olaraq geri qaytarmaq mümkünsüzdür”. Bu sözləri “Axar.az”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Rusiyanın uzun illər Ukraynaya kinayə etdiyini və hazırda bununla qarşı-qarşıya qaldığını bildirib: “Ukraynada baş verənlərə sarkazmla yanaşmaq lazım deyil. Bu qanuna ziddir və çox ağır nəticələrlə başa çata bilər. Ayrı-ayrı rus ictimai xadimləri 20 il ərzində Ukrayna salası və dilini gülüş obyektinə çevirmişdilər. Nəticədə Rusiya cənub-qərb sərhədləri boyunca total xaosla qarşılaşmalı oldu. Bu gün Kiyevin öz ordularına verdiyi və demək olar ki, heç birinin yerinə yetirilmədiyi sonsuz əmrlərə kinayə etmək olar. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Rusiya-Ukrayna müharibəsi faktiki olaraq başlayıb və hadisələri praktiki olaraq geri qaytarmaq mümkünsüzdür. Çoxları hələ də bunu etiraf etməyə qorxur”. Politoloq Rusiyanın apardığı informasiya müharibəsinin qeyri-peşəkar olduğunu qeyd edib: “Bu və ya digər ərazilərə gəlincə isə ciddi siyasətçiləri hazırkı məqamda onun kimə məxsus olduğu narahat edir. Onlar iki min il bundan əvvəlki tarixlə maraqlanmırlar. Tarixi faktları qoy hər zaman bir-birinə düşmən olan və öz həmsöhbətinə heç bir şeyi başa sala bilməyən tarixçilər şərh etsin. Azərbaycana hansı ərazilərin məxsus olması, ya da ki, hansı ərazilərin Azərbaycana aid olmamasını demək olar. Amma bunu peşəkar informasiya müharibəsi adlandırmaq axmaqlıqdır. Əsl informasiya müharibəsində faktlar heç kimi maraqlandırmır. Maraqlı olan tək şey inandırmaqdır. Bu isə nəticədə milyonlarla insana təsir etmək deməkdir”. Qeyd edək ki, son günlər Rusiya mediasında MDB ölkələrinə qarşı güclü informasiya savaşı başlayıb. Mediada Azərbaycan ərazilərinə və hakimiyyət nümayəndələrinə qarşı müxtəlif açıqlamalar, informasiyalar yer alır.
Short URL: http://www.cumhuriyyet.net/?p=16134