Hərbi Dəniz Qüvvələrindəki yeyintidən “yuxarılar” əvvəlcədən xəbərdar olub

23.04.2014 - 13:04

Hərbi Dəniz Qüvvələrindəki yeyintidən “yuxarılar” əvvəlcədən xəbərdar olub

Üzeyir Cəfərov: “Onlar ya müəyyən maddi maraqlara, ya da kimlərə görəsə susublar”
Bugünlərdə Hərbi Dəniz Qüvvələrində aşkar edilən külli miqdarda mənimsəmə faktı və bununla əalqədar bəzi hərbçilərin məsuliyyətə cəlb edilməsi Silahlı Qüvvələrdəki korrupsiya və özbaşınalığın bütün təxminlərin üstnüdə olduğunu təsdiqlədi. Baş verənlər həmçinin bir sıra sualları da aktuallaşdırmış oldu. Məlum olayla bağlı sadalanan faktlardan niyə bu vaxta qədər əlaqədar qurumların heç biri xəbərdar olmayıb? Bunca yeyintinin “yuxarılardan” gizlədilməsi mümkündürmü? Məlum olay orduda daha ciddi və kütləvi təftişlərin aparılması üçün əsas deyilmi?
Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanda əcaib bir idarətmə sistemi mövcuddur. Nə qədər ki, məmur vəzifədədir, onun bütün qanuni, qeyrir-qanuni hərəkətlərinə göz yumulur. Özü də, bir qayda olaraq, vəzifə başında olan  əksər şəxslər tutduqları posta öz dədə malı kimi yanaşırlar. Ən sıravi məmurdan tutmuş ta yuxarılarda oturanlara qədər maksimum şəkildə çalışır ki, tutduğu postdan əvvəl öz şəxsi məqsədləri üçün necə var bəhrələnsin, sonra isə dövlətin hansısa işlərini görsün, ya da görüntü yaratsın. Əgər belə olmasaydı, bu gün Azərbaycan tamam başqa bir ölkə olardı. Özü də faciəlisi odur ki, bu demək olar ki bütün sahələri əhatə edir. O cümlədən də hərbi sahə kimi dövlətin onurğa sütunu olmalı bir sahəsini də. İndi Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri ilə bağlı gördüyümüz acı mənzərə, saysız-hesabsız yeyinti, koorupsiya və rüşvətxorluq faktları əslində bir ilin içində əmələ gəlməyib. İllərlə orda bu özbaşınalıq və qanunsuzluq hökm sürüb və yalnız indi kimlərəsə çox lazımdır ki, özlərini dövlətçiliyin müdafiəçisi kimi göstərsinlər. Sanki onlar əvvəlki illərdə kosmosda yaşayırdılar və baş verənlərdən xəbərsiz idilər. Burda təkəcə MN-ni deyil, Hərbi Prokurorluq orqanlarını, o cümlədən Prezidentin hərbi məsələlər üzrə köməkçisi aparatını da mən çox şiddətli şəkildə qınayıram. Məhz onların öz vəzifə borclarına səhlənkar yanaşması ucbatından bu cinayətlər baş verib. Sizi tam əmin edirəm ki, o adlarını çəkdiyim və çəkmədiyim xeyli sayda vəzifəli şəxslər bu cinayət haqqında hardasa məlumatlı olublar. Və böyük ehtimalla ya müəyyən maddi maraqlar, ya da kimlərə görəsə susublar. İndi isə necə deyərlər, bıçaq sümüyə dirəndiyi üçün məcburdular ki ölkə rəhbərliyi qarşısında hesabat üçün hansısa nöqsanları aşkarlasınlar. Həbs olunanlara gəlincə onu deyə bilərəm ki, onlar baş vermiş cinayət əməllərində əsasən də icraçı olublar. Bu hərəkətləri etməyə qeyri-qanuni göstəriş verən daha yuksək rütbəli vəzifəli şəxslər isə hələ ki məsuliyyətdən kənar qalıblar. İstəməzdim ki,bu mənzərəni bütün Silahlı Qüvvələrimizə şamil edim, amma məndə daxildə əminlik var ki, digər qoşun və birləşmələrində də bu cür, buna oxşar qanunsuzluqlar yəqin ki mövcuddur. Onlar haqqında biz zaman-zaman yazır, danışırıq, amma müvafiq hüquq-mühafizə orqanları nədənsə bunu qulaqardına vururlar. Çünki hələ onlara belə sərf edir. Amma yəqin ki, bir gün gələcək, bu nöqsanlara və çatışmazlıqlara da diqqət ayrılacaq. Əsgər və zabitlərin qeyri-qanuni əməllərə məcbur edilməsi, onlara dövlətin ayırdığı vəsaitləri tam şəkildə verməmək, aldıqları pul təminatından qanunsuz tutulmalar və onlarla digər hallar bu gün də mövcuddur. Naxçıvandakı, Şəmkirdəki, o cümlədən digər hərbi hissə və birləşmələrdə, idarə və müəssisələrdə baş verənlər bunu deməyə əsas verir. İnanmaq istərdim ki, nəhayət ki, Azərbaycan siyasi rəhbərliyi sayı günü -gündən artan generallardan nəhayət ki, soruşacaq ki, bu illər ərzində hansı qanuni yollarla bu qədər varlanıblar? Onların yaşadıqları mənzillərin, mindikləri şəxsi avtomobillərin dəyəri milyon manatlarla ölçülür. Dövlətdən alınan məvaciblə belə var-dövlətə nə sahib olmaq olar, nə də əldə etmək olar. Bu gün MN sistemində kadr təyinatlarında çox böyük biabirçılıqlar mövcuddur. Müəyyən maraqlara və digər amillərə görə “kadr islahatları” həyata keçirilir.  Unutmaq lazım deyil ki, biz hələ müharibəni başa çatdırmamışıq”.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=16140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930