“Çağ öyrətim” və “Qafqaz”ın rəhbərləri Azərbaycandan deportasiya edilir?
səkkiz Türkiyə vətəndaşı Azərbaycandan deportasiya olunacaq. Bu məlumatı
bu gün Türkiyənin gündəlik Daily Sabah qəzeti informasiya mənbəyini
açıqlamadan dərc edib.
Eyni zamanda, qəzet iddia edir ki,
deportasiya “vizaların vaxtının keçməsi” əsasında həyata keçiriləcək.
Ölkədən getmək məcburiyyətində qalanlar arasında isə “Çağ Öğretim”
təhsil müəssisələri şəbəkəsinin rəhbəri Enver Özeren, “Qafqaz”
Universitetinin rektoru Ahmet Sanıç və Gülenin Azərbaycandakı
nümayəndəsi hesab olunan Bahri Topuz var.
Azərbaycan Təhsil Nazirliyindən bu məlumatla bağlı şərh vermirlər.
“Qafqaz”
Universitetinin prorektoru Natiq Paşa “Turan”ın müxbiri ilə söhbətində
bu məlumatı təkzib edərək, onun həqiqətə uyğun olmadığını bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=16146