Sumqayıt 11 saylı məktəb haqda gerçəklər: Saman altdan kimlər su yeridir?

17.02.2021 - 11:51

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, Sumqayıt şəhər 11 saylı orta məktəbin üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı” dərhal hiss olunur. Uzun müddət Sumqayıt təhsilini gözdən salmaqla bəzi məqamlara iddialı olan şəxslər, yekunda ağır məğlubiyyətə uğrayaraq geri çəkiliblər. İndi də həmin bəsxahlar uzaq məsəfələrdən çirkin niyyətləri üçün istifadə etdikləri dost-aşnalarını yenidən səfərbər ediblər ki, bəlkə heyf çıxa bilsinlər. Əslində ölkə boyu bütün sayt və digər KİV-lər yaxşı fərqindədirlər ki, Sumqayıt təhsilində və o cümlədən 11 saylı orta məktəbdə böyük inkişaf və müsbətə doğru addımlar atılır. Buna görə də heç kəs,yəni vicdanı olan kəslər yalana, böhtana baş vurmağın mənasız olduğunu dərk edərək, bu kimi uydurmalara baş qoşmurlar.Biz də cumhuriyyet.az olaraq bu məsələ ilə bağlı bəzi xatırlatmaları etməyi vacib bildik:
Əvvəla, təqdim olunan son materialdan da görünür ki, bəhs etdiyimiz qüvvələr bu təhsil ocağının fəaliyyəti və tədris işi barədə heç bir nöqsan tapmadığından məişət səviyyəsinə enmiş və kənar problemləri məktəbə şamil etmək kimi süni və uğursuz cəhd göstərmişlər.
İkincisi, təqdim olunan videokadrın özü məsuliyyət yaradır. Çünki Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə əsasən, icazəsiz video çəkiliş şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. İnsanın özünün razılığı olmadan onun səsini yazmaq şəxsi həyata müdaxilə və cinayətdir. Buna görə də, şantajla qarayaxma əməli ilə məşğul olanlar məsuliyyətdən yayınacağını düşünməsinlər. Sadəcə sizlərə sifariş verən gədalar ağına-bozuna baxmadan bunların qeyd olunmasını istəyirlər. Gərçəkdən onların sizə heç bir hörməti yoxdur. Olsa idi, belə cinayəti törətməyi sifarış edərək sizləri zərbə altına qoymazdı.
Üçüncüsü, cənablar ayağınızı bir kənara qoyun bir. Əgər bu qədər obyektiv və araşdırıcısı mövqeyiniz varsa bir digər məktəblərə də nəzər yetirin. O zaman həmin məktəblərdə baş verənləri görərsiniz. Belə yerdə deyiblər eee, Allahınız olsun!
İndi isə cumhuriyyet.az olaraq oxucularımıza Sumqayıt şəhər 11 saylı orta məktəb haqda gerçəkləri çatdıraq. Hazırda paytaxt Bakı ilə bərabər, Sumqayıt şəhərində də müasir tələblərə cavab verən məktəb binaları inşa olunmaqla yanaşı, şagirdlərin keyfiyyətli tədris almaları üçün, məktəblər dərslik və müasir avadanlıqlarla təmin edilməkdədir. Belə təhsil müəssisələrindən biri, nizam-intizam qaydalarına, təhsil ocağında peşəkar, öz peşəsinin vurğunu olan müəllimlərinə və intelektual şagirdlərinə görə ilin üğurlu məktəbi sayılan Sumqayıt şəhər 11 saylı tam orta məktəbini göstərmək olar. Qeyd edək ki, Sumqayıt şəhər 11 saylı tam orta məktəbi 1958- ci ildə istifadəyə verilib. İlk 30 ili rusdilli məktəb kimi fəaliyyət göstərib.1989-cu ildən məktəbdə Azərbaycan bölməsi fəaliyyət göstərir. Dövlət proqramı çərçivəsində məktəb 2014-cü ildə əsaslı təmir olunub. Hazırda məktəbə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş İlahə xanım Həsənli rəhbərlik edir. Məktəbdə 2464 şagird, 155 pedaqoji işçi və 32 texniki işçi var. Məktəbdə ingilis və rus dili xarici dil kimi tədris olunur. 2 korpusdan ibarət olan məktəbin geniş və işıqlı sinif otaqları, akt zalı, idman zalı, idman meydançası, informatika otaqları, fizika, kimya, biologiya laboratoriyaları, zəngin kitabxana və yeməkxansı var. Yarım əsrə bərabər tarixi olan məktəbin kollektivi isə hər zaman təhsildə gedən islahatları dəstəkləyir, dövlətin təhsilə olan diqqət və qayğısını yüksək qiymətləndirir, islahat yollarında inamla addımlayırlar. Bu illər ərzində məktəbə rəhbərlik edən İlahə xanım Həsənli məktəbdə təhsilin səviyyəsini həmişə diqqət mərkəzində saxlayaraq və xüsusi qayğı göstərir. Qısa zamanda, özünü həm kollektivə, həm də şagirdlərə sevdirə bilən İlahə xanımın əməyi nəticəsində məktəbin uğurlarının ilbəil çoxalması, sözügedən təhsil müəssisəsinə gələn şagirdlərin sayının artmasına səbəb olub. Elə bu səbəbdən də 11 saylı tam orta məktəb, öz uğurları ilə Sumqayıt şəhərində seçilən təhsil müəssisələrindən biri hesab edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161483

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31