Ögey anasını boşqabla öldürdü – VİDEO

22.02.2021 - 11:45

63 yaşlı kişi törətdiyi cinayəti gizlətmək üçün meyiti quyuda basdırıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2017-ci il noyabrın 13-də Şamaxı RPŞ-yə müraciət edən yeniyetmə 1960-cı il təvəllüdlü anası Badam Bağırovanın itkin düşdüyünü bildirib.

Bununla əlaqədar polis əməkdaşları şəhərin Azadlıq küçəsindəki 52 saylı evə yollanaraq yaşayış sahəsinə baxış keçiriblər. Həyətdəki quyunun daş-kəsəklə doldurulması diqqət çəkib. Azyaşlı da quyunun dolu olduğunu səhər gördüyünü deyib.

Dərinliyi 3 metr olan quyu təmizlənərkən oradan baş və bədən nahiyyəsində çoxsaylı xəsarətlər olan qadın meyiti aşkarlanıb.

Şübhəli şəxs qismində həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş 1958-ci il təvəllüdlü Rəhim Bağırov saxlanılıb.

Rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma zamanı məlum olub ki, Rəhim Bağırov 1999-cu ildə törətdiyi cinayət əməlinə görə müəyyən müddət azadlıqdan məhrum olunandan sonra onun atası Hacı Bağırov birinci arvadı Göyçək və gəlini Gülnarəni evdən qovaraq Badam Bağırova ilə evlənib.

Buna görə qadınlar məhkəməyə müraciət edərək həmin evdə yaşamaq hüquqlarının tanınmasına nail olublar və qayıdıb onlarla birlikdə yaşamağa başlayıblar. Təxminən 8 il əvvəl Hacı Bağırov vəfat edəndən sonra Rəhimin cəzasının müddəti bitdiyindən azadlığa buraxılıb.

İstintaqla müəyyən edilib ki, noyabrın 13-ü saat 9 radələrində Rəhim Bağırov evdən çıxanda həyətdə ögey anası Badam Bağırovanın sahədə yenə zəfəranları yığdığını görüb, onu öldürmək qərarına gəlib.

Əlindəki boşqabı bir az qabaqda olan qadına tərəf tulladıqda boşqab onun başının arxa hissəsinə dəyib. Bağırova evə tərəf qaçanda yer palçıq olduğuna görə ayağı sürüşüb.

Onun yerə yıxılmasından istifadə edən Rəhim cəld Badamın saçından tutub, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vura-vura sürüyüb.

Daha sonra 6-7 il əvvəl su çıxarmaq məqsədi ilə həyətdə qazdığı quyunun içinə atıb. Qadının yalvararaq onu öldürməməsini deməyinə məhəl qoymayıb.

Rəhim Bağırov niyyətini davam etdirib, quyunun ətrafına yığılmış daşları götürüb onun üstünə atıb. Ağır xəsarətlər yetirərək Bağırovanı xüsusi amansızlıqla qəsdən öldürüb. Bundan sonra bel ilə torpağı quyunun içərisinə tökərək törətdiyi cinayəti gizlədib.

Rəhim Bağırov bildirib ki, noyabrın 13-də arvadı qapının açılması səsinə yuxudan ayılıb, yoldaşı yeməyi otağına goyub, işə gedib.

Yemək xoşuna gəlmədiyi üçün Rəhim geyinib, çölə çıxıb. Ögey anasınının zəfəran yığdığını görüb, bərk əsəbiləşib və onu öldürmək istəyib.

Yetkinlik yaşına çatmayan, 2004-cü il təvəllüdlü Mirbağır Bağırov ifadəsində göstərib ki, anası, ögey qardaşı Rəhim və onun ailə üzvləri ilə birlikdə yaşayıblar. Aralarında tez-tez ev üstündə mübahisələr yaranıb, dəfələrlə Rəhim və arvadı Gülnarə anasını döyüblər.

Noyabrın 12-də gecə anası ilə birlikdə yatıb, səhər saat 11 radələrində yuxudan oyananda onun evdə olmadığını görüb.

Anasının bir müddətdən sonra qayıdacağını düşünüb. Günorta saatlarından sonra anasının gəlmədiyini görüb, onu axtarmağa başlayıb.

Keçirilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilib ki, istintaq təcridxanasında saxlanıldığı müddətdə təqsirləndirilən şəxsdə kəskin formada psixi pozuntu yaranıb.

Məhkəmə nəticəyə gəlib ki, Rəhim Bağırov CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rəhim Bağırov cinayət məsuliyyətindən azad edilib. Onun barəsində intensiv müşahidə altında tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161570

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031