Məmur övladlarının bahalı maşınlarında “zerkalnı” nömrələr və QİYMƏTLƏR

25.04.2014 - 12:03

Məmur övladlarının bahalı maşınlarında “zerkalnı” nömrələr və QİYMƏTLƏR

Son günlər internet mediası və sosial şəbəkələr maddi imkanları geniş olan məmur və deputat övladlarının sürdüyü bahalı avtomobillərin fotoşəkilləri, videogörüntüləri yayırlar. Bu şəkillər və videolarda əks olunan bahalı maşınlarla bağlı diqqət çəkən məqamlardan biri də onların üzərindəki nömrə nişanlarıdır.  
Modern.az saytının əməkdaşı həmin avtomobillərin şəkilləri və videgörüntülərini müşahidə edərkən məlum olub ki, məmur və deputat övladları daha çox qoşa, güzgü effektli (“zerkalnı”), cüt və eyni rəqəmli nömrə nişanlarına üstünlük verirlər.
Bu nömrələr isə hamı üçün əlçatan deyil və bahalı nömrələr sayılırlar. 
Baxmayaraq ki, qanunla müəyyənləşdirilmiş rüsumları ödəməklə istənilən vətəndaş qoşa, “zerkalnı”, cüt və eyni rəqəmli nömrə nişanlarına sahib ola bilərlər.
“Amma həmin nömrələr hər adama verilmir”. Bunu Modern.az saytına Baş Dövlət Yol Polisi İdarəsindəki (BDYPİ) mənbə etiraf edib. Adının çəkilməsini istəməyən BDYPİ  əməkdaşı müxbirimizə bildirib ki, geniş maddi imkanlara malik olan məmur övladları, varlı balaları belə nömrələrə sahiblənməyi özləri üşün bir prestij hesab edirlər. 
Bunu Baş Dövlət Yol Polisi İdarəsində də bilməmiş deyillər. Ona görə də həmin gənclər  bahalı avtomobil alarkən həm də bahalı nömrələrə sahiblənməyə çalışırlar. Bu zaman isə həmin nömrələrin neçəyə olması onlar üçün fərq etmir. Belə olduğu təqdirdə BDYPİ-nin fürsətcil əməkdaşları “pulunu balta kəsməyən” gənclərdən mümkün qədər çox vəsait qoparmağa çalışırlar və əksər hallarda da buna nail olurlar.
“Məsələn sıfırla başlayan (005, 001, 009), cüt (200, 600, 900 və s.), güzgü effektli (101, 303, 505), eynirəqəmli (666, 111, 777) nömrələr varlı gənslər arasında populyardır. Bir  misal çəkim, bu yaxınlarda xalq artisti Ağasəlim Abdullayevin ailəsini qəzaya salan Xalid Mədətovun bahalı “Mersedes-Benz G-55″ avtomobilini xatırlayın, nömrəsi 90-FE-007-dir. Onun kimin övladı olduğunu bilirsiniz. Mənzərə aydın olduğundan digərlərinin adını çəkməyə ehtiyac yoxdur”-deyə Baş Dövlət Yol Polisi İdarəsindəki mənbə imkanlı məmur övladlarının “nömrə hərisliyi”ni təsvir edərkən bildirib.

 Modern.az saytı Baş Dövlət Yol Polisi İdarəsindən nömrə nişanlarının qanunla müəyyənləşdirilmiş qiymət cədvəlini əldə edib. “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunub:
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

Dövlət qeydiyyat
nişanında əks olunmuş
rəqəmlərin kombinasiyası

  Dövlət rüsumunun məbləği
(manatla)

seriyası müxtəlif
hərflərdən ibarət
olduqda

seriyası eyni hərflərdən
ibarət olduqda

 001, 002, 003, 004, 005, 006, 007, 008, 009

 1500 manat

 2500 manat

 100, 200, 300, 400, 500, 600, 700, 800, 900

 1000 manat

 1500 manat

 111, 222, 333, 444, 555, 666, 777, 888, 999

 500 manat

 1000 manat

Amma “nömrə hərisləri” təkcə məmur övladları deyil. Belə “prestijli nömrələr”in sahibləri arasında müğənnilər də seçilirlər. Modern.az əvvəllər bu haqda yazıb. Amma məqamı gəldiyindən buna yenidən qayıdıb əyani misallar göstərə bilərik.

 

Məsələn, qiyməti 80 min ABŞ dollarından baha olan “Audi Q7” markalı avtomobil sürən xalq artisti Faiq Ağayevin maşınının nömrəsinə diqqət yetirin: nömrədə müğənninin ad və soyadının baş hərfləri qeyd edilib, yanında da üç eyni rəqəmlər – 10 FA 222..

.

Hamının milyoner müğənni kimi tanıdığı əmakdar artist Ədalət Şükürovun bir neçə bahalı avtomobili var, nömrələri də nadir nömrələr. Müğənninin idarə etdiyi 160 min dollarlıq “Range Rover”in üzərində 10 HP 100 nömrə nişanı asılıb. 
Ə.Şükürovun “Mercedes” markalı avtomobilinin nömrəsi 10 PB 002-dir. 

Azəri qızı Günel bir müddət öncə 90 GA 222 nömrə nişanı olan “Hyundaı” markalı avtomibil sürürdü.

 

Xalq artisti İlhamə Quliyevaya məxsus olan bahalı – 93 minlik “İnfiniti” markalı maşın 90-GO-101 nömrə nişanına malikdir.

 

Müğənni Ruhinin idarə etdiyi “Mercedess CLS” avtomobilinin özü kimi nömrəsi də bahalıdır –  10-ZO-777.
 
Şou-biznesin digər qalmaqallı müğənnisi Nüşabə Ələsgərlinin “Mercedes-ML” avtomobilinin nömrə nişanı necə deyərlər, “zerkalnı”dır – 10 LZ 101.

 

Maddi imkanlarına görə bir çox həmkarından qabaqda olan müğənni Abbas Bağırovun bahalı avtomolinin “prestijli nömrə”si var – 90-BA-006. 
Qalmaqalları ilə tez-tez şou-biznesin gündəmini zəbt edən Rəqsanə  “Range Rover” sürürdü. 90 min dollar qiyməti olan bu maşının super nömrəsi var – 90 EZ 999… Həmin maşının müğənnidə indi də qalıb-qalmadığını deyə bilmərik.

Məmur övladlarının bahalı maşınlarında "zerkalnı" nömrələr və QİYMƏTLƏR

Digər tanınmış müğənni Xatirə İslamın sürdüyü “Range Rover” markalı avtomobilin nömrəsi də çoxları üçün əlçatmaz sayıla bilər – 10 MC 111.

Məmur övladlarının bahalı maşınlarında "zerkalnı" nömrələr və QİYMƏTLƏR

Aygün Kazımovanın 170 min dollarlıq ağ rəngli “BMW 750” markalı avtomobilinin nömrə nişanına həsəd aparanlar var – 90 BL 009.

Müğənni Cavanşir Məmmədovun sürdüyü 960 min avroluq “Rolls Royce Phantom 6,7 AT” markalı maşının nömrəsinə (10 HS 100) görə ona həsəd aparanlar var.
(modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=16161

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930