İlkə imza atan müəllimlərdən möhtəşəm tədris vəsaiti – Tam fərqli və faydalı İngilis dili

13.03.2021 - 00:25

“Bütün abituriyentlərə vəsaitlərmizdən istifadə edib faydalanmağı tövsiyyə edirik”

Dünya Müəllimi Mükafatının  (The Global Teacher Prize)  50 ən yaxşı müəllimlərindən biri olan, Dəyanət Vəqfi Bakı Türk Liseyinin İngilis dili müəllimi və hal-hazırda repetitor kimi fəaliyyət göstərən Məhəmməd Qarakişiyev və Dövlət İmtahan Mərkəzinin ( DİM) markeri və təcrübəli repetitor Raqif Mərdanov  şagird, müəllim və xarici dil öyrənmək istəyənlər üçün  yeni dördüncü nəşr kitablarını təqdim ediblər.

AzEdu.az həmin kitabın şagird və müəllimlərə hansı faydalı töhfələri verəcəyi ilə bağlı Raqif Mərdanov və Məhəmməd Qarakişiyevin fikirlərini öyrənib.

Müəlliflər vəsait haqqında düşüncələrini qeyd edərək Azərbaycanda ilk dəfə disklə( CD) təchiz olunmuş kitabların məhz onlar tərəfindən nəşr edildiyini qeyd ediblər:

“Bu kitab ingilis dili  kurikulumuna uyğun olaraq, buraxılış imtahanlarına hazırlaşan şagirdlər (9-10 və 11-ci siniflər) və ingilis dilini müstəqil öyrənənlər üçün dinləmə və oxu testlərini əhatə edərək tərtib olunub.

Vəsait yeni imtahan modelinə uyğun tərtib olunaraq, kurikulum əsasında hazırlanıb və İngilis dili dərsliklərində olan çətinliklərin aradan qaldırılmasında şagirdlərə əhəmiyyətli dərəcədə dəstək verməkdədir.

Müəlliflər sözlərində qeyd edib ki, kitabdakı bölmələr ingilis dilinin səviyyələrinə uyğun olaraq tərtib edilib.

Kitabdakı mətnlər abituriyentlərin dinləmə, oxu bacarıqlarını nəzərə alaraq asan, orta və çətin səviyyədə tərtib olunub.

Çoxsaylı müraciətləri nəzərə alaraq 4-cü nəşr kitabımız  2-ci nəşrin ardı olaraq tam fərqli Oxu və Dinləmə mətnlərindən ibarət Buraxılış imtahanı modelinə uyğun nəşr olunub.

Xususi ilə qeyd etmək istərdik ki, Dinləmə mətnləri səsyazma studiyasında kitabın müəllifləri və Buraxılış imtahanı modellərini səsləndirən mütəxəssislər tərəfindən səsləndirilib. Həmçinin,  tədris vəsaitində şagirlərin söz bazasının təkmilləşdirilməsi üçün açar sözlər  və “ Öz sözlərinlə cavab yaz” tipli sualların izahı verilib.

Ümid edirik ki, yeni vəsaitimizdə olan materiallar digər vəsatlərmizdə olduğu kimi istifadəçilərinə xarici dili öyrətməklə yanaşı, onların dünyagörüşünün inkişafına, yeni biliklərin öyrənilməsinə və məlumat bazasının formalaşmasına dəstək göstərəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161760

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930