Cavid Qurbanov “Azəryolservis” ASC-nin pullarını harda yuyur?

28.04.2014 - 12:42

Cavid Qurbanov “Azəryolservis” ASC-nin pullarını harda yuyur?

“Azəryolservis” ASC-nin idarələri və rayon Yol İstismar İdarələri ildə iki dəfə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyin hesabına maliyyə vəsaiti göçürülür
Bu barədə tapşırığın isə bir başa “Azəryolservis” ASC sədri Cavid Qurbanov tərəfindən verildiyi bildirilir.
Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, ildə iki dəfə Yol İstimar idarələri və “Azəryolservis” ASC-nin şöbələri Cavid Qurbanovun tapşırığına əsasən “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyin hesabına maliyyə vəsaiti göçürürlər. Bu köçürmə əməliyyatının vacib olduğu və bundan imtina edən idarə müdirinin qara siyahıya alındığı və tezliklə işdən azad olunduğu bildirilir. Ona görə də təlimata qarşı çıxmağı heç bir idarə müdiri fikrindən belə keçirmir. İctimai Birliyə böyük miqdarda pul vəsaiti köçürən idarələrdən biri isə 71 saylı Yol İstismar İdarəsi olduğu qeyd olunur. Həmin İdarənin müdiri Xəqani Kazımov Cavid Qurbanovun ən yaxın adamlarından biri kimi tanınır.
“Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyinin hesabına köçürülən toplam vəsaitin hər il yarım milyona yaxın olduğu qeyd olunur. “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyində bu vəsaitlərin hara sərf olunuduğunu isə heç kim bilmir.
Qeyd edək ki, “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyinə Aşıq Şəmşirin oğlu, Azərbaycan Yazıçılar Birliynin üzvü, “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanovun atası Qənbər Qurbanov rəhbərlik edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=16178

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930