Mədəniyyət və Turizm Nazirliyinin “qara kassası”

28.04.2014 - 23:57

Natiq Abdullayevin Mədəniyyət və Turizm
Nazirliyindəki ölü canları; adı olub özü olmayan mədəniyyət evləri və
klublardan mənimsənilən yüz minlər…


Natiq Abdullayevin Mədəniyyət və Turizm
Nazirliyindəki ölü canları; adı olub özü olmayan mədəniyyət evləri və
klublardan mənimsənilən yüz minlər…


Dövlət büdcəsini ən çox talayan və mənimsəyən nazirliklər arasında Mədəniyyət və Turizm Nazirliyi əsas yerlərdən birini tutur.
Belə
ki, bu nazirliyin balansında fəaliyyət göstərən minlərlə mədəniyyət
evləri sadəcə sənəd üzərində fəaliyyət göstərir və bu yolla hər il
dövlət büdcəsində milyonlarla manat vəsait silinir. Ən çox “ölü can”da
məhz Mədəniyyət və Turizm Nazirliyində “çalışır”. Və illərdir ki,
nazirliyin məsul işçiləri baş verən maliyyə maxinasiyalarına və
korrupsiyaya nəinki göz yumur, hətta bu maxinasiyaları və korrupsiya
əməllərini ildən ilə daha da genişləndirirlər.
PİA.AZ
bu barədə daxil olan məlumatda göstərilir ki, Mədəniyyət və Turizm
Nazirliyindəki bütün bu total maxinasiya və korrupsiya əməllərinin
başında nazirliyin maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Natiq
Abdullayev durur. Daxil olan məlumatda bildirilir ki, Bakı və digər
şəhərlərdə mədəniyyət evlərinin, kitabxanaların, klub və dərnəklərin
rəhbərləri, həmçinin rayon Mədəniyyət və Turizm şöbələri Natiq
Abdullayevə yol verdikləri maliyyə maxinasiyalarının və korrupsiya
əməllərinin aylıq hesabatını və “hesab”nı verirlər. 
PİA.AZ-a
daxil olan məlumatda bildirilir ki, rayon Mədəniyyət və Turizm şöbələri
Natiq Abdullayevə hər ay 3-5 min manat arası “haqq” ödəyirlər. Eyni
vəziyyət və Bakı və digər şəhərlərin müvafiq şöbələri ilə də baş verir.
Bunun müqabilində isə , rayon Mədəniyyət və Turizm şöbələri yüzlərlə
“ölü can çalışdırır” və həyata keçirdikləri “tədbirlər” sayəsində külli
miqdarda əvsait silirlər.
Bundan başqa daxil
olan məlumatda göstərilir ki, nazirlik tərəfindən rayonlara ayrılan
maliyyə vəsaitlərinin 10 faizini Natiq Abdullayev nəqd şəkildə
əvvəlcədən alır. Elə rayon şöbələri var ki, Natiq Abdullayevin “payını”
daha çox verir. Bu üzdən də şöbə müdiri həmin rayonların maliyyə
vəsaitlərini artırır.
Məlumatda qeyd olunur ki,
Natiq Abdullayev hər kəs tərəfindən Mədəniyyət və Turizm Nazirliynin
“maliyyə bossu” olaraq qəbul olunur. Şöbə müdiri həmçinin nazirliyin
“qara kassası” olaraq da tanınır. Çünki nazirliyin korrupsiya pullarının
böyük bir hissəsi məhz Natiq Abdullayevdə toplanılır.
Qeyd
edək ki, böyük sərvət sahibi olan Natiq Abdullayev haqqında daha dolğun
məlumatı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Araşdırmamız
davam edir…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az

Short URL: http://www.cumhuriyyet.net/?p=16182

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930