Əhməd Əhmədzadənin “10 manatlıq şirkətləri” və boz kardinalı
maxinasiyalarının və büdcə pullarının yuyulmasına rəhbərliyi ASC-nin
Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovun nəzarət
etdiyi iddia olunur…
və Su Təsərrüfatı ASC-də hər il milyonlarla manat dövlət vəsaiti
mənimsənilir. Bu mənimsəmə halları isə çox sadə qrafik üzərində baş
verir. 100 min manatlarla vəsait öncə Meliorasiya və Su Təsərrüfatı
ASC-nin rayon idarələrinə köçürülür. Və əsasən daha böyük məbləğlər ASC
sədrinə daha yaxın olan idarələrə köçürülür. Sonra isə həmin vəsaitlərin
xərclənməsi üçün tenderlər təyin olunur və bir qayda olaraq həmin
tenderləri heç kimin tanımıdığı şirkətlər udur. Daha sonra isə ayrılan
vəsaitin izini belə tapmaq olmur. Çünki “10 manatlıq” şirkətlər bir neçə
əməliyyatdan sonra bağlanılır.
və Su Təsərrüfatı ASC-dən PİA.AZ-a daxil olan məlumatda göstərilir ki,
artıq 2014-cü ildə Əhməd Əhmədzadə qaz vurub qazan doldurub. Daxil olan
məlumatda göstərilir ki, Əhməd Əhmədzadə həmişəki kimi özünə yaxın su
idarələrinə yanvar-mart aylarında yüz min manatlarla vəsait köçürüb.
üçün 2014-cü ilk 6 ayı üçün Qax Suvarma Sistemləri İdarəsinə 630 min,
Quba Suvarma Sistemləri İdarəsinə 620 min, Oğuz Suvarma Sistemləri
İdarəsinə 230 min, Zaqatala Suvarma sistemləri İdarəsinə 425 min, Şəki
Su idarələrinə (Suvarma Sistemləri, Subartezan Quyularının İstismar və
“Acı Nohur” Qış otlaqlarının Su Təsərrüfatı Sistemləri) İdarələrfinə
ümumilikdə 800 min manatdan çox vəsait ayırılıb.
ki, adı çəkilən su və melorasiya idarələri ayrılan vəsaitləri tikinti
matrealların, texnika avadanlıqlarının və digər mal matrealların
alınmasına xərcləyiblər. Amma əslində “10 manatlıq MMC” vasitəsi ilə bu
vəsaitlər mənimsənilib. Bütün bu vəsaitlərin mənimsənilməsinə nəzarəti
isə Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov
həyata keçirir. Daxil olan məlumatda göstərilir ki, Əjdər Cavadov
Əhmədzadənin ən yaxın adamı və kassası olaraq bilinir. Rayon idarə
müdirlərindən aylıq və illik “haqq-hesabı”da məhz Əjdər Cavadov alı rvə
təbii ki, özüdə Əhməd Əhmədzadəyə hesab verir. Elə “10 manatlıq
MMC”-lərdə Əjdər Cavadovun nəzarəti altında yaradılır və sonradan onun
tapşırığı ilə ləğv edilir.
adları əsasən “Təkamül” MMC, “Təməl” MMC, “Tarıyel” MMC, “Abadlıq” MMC,
“Cəlil” MMC, “Şans” MMC, “Tərəqqi” MMC, “İlqar” MMC, “Birlik” MMC və
digərlərini misal göstərmək olar. Məlumatlı mənbə qeyd edir ki, su idarə
müdirlərinin həyata keçirdikləri alqı-satqı və işlərin görülməsi
haqqında saxta sənədlərin tərtib olunması və tenderlərin hansı MMC-nin
udması işlərini, qiymətlərin bir neçə dəfə şişirdilməsi Əjdər Cavadovun
birbaşa rəhbərliyi ilə həyata keçirilir. Mənimsənilən vəsaitlərin böyük
hissəsi də son olaraq məhz Əjdər Cavadovun kabinetində toplanır.
həmçinin iddia edir ki, elan olunan tenderlərin qiymətinin 20 faizi
əvvəlcədən nəqd şəkildə alınır və bu vəsaitin hara yollanıldığı çoxları
üçün qaranlıq qalır.
Short URL: http://www.cumhuriyyet.net/?p=16188