“NATO Rusiyaya ciddi xəbərdarlıq etməlidir”

30.04.2014 - 12:52

“NATO Rusiyaya ciddi xəbərdarlıq etməlidir”

NATO Rusiyaya ciddi xəbərdarlıq etməlidir.
Avropa.info xarici mətbnuata istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət katibi Con Kerri çıxış edib.
Dövlət katibinin sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri bir daha göstərdi ki, Putin tamam fərqli oyun qaydalarına sadiqdir. 
O deyib ki, Rusiya Krımı işğal etdikdən sonra Ukraynanın şərqində vəziyyəti gərginləşdirməklə Şərqi Avropanın təhlükəsizlik landşaftını dəyişmək istəyir: “Ona görə də NATO və onun müttəfiqləri Kremli başa salmalıdır ki, NATO ölkələrinin ərazisi toxunulmazdır və Şimali Atlantika İttifaqı ölkələrinin hər qarışını müdafiə etməyə hazırdır”.
Kerri onu da bəyan edib ki, ABŞ və onun avropalı mütəfiqləri soyuq müharibədən sonra yeni eranın başlanması üçün əllərindən gələni etməsinə baxmayaraq, Rusiyanın Ukraynadakı hərəkətləri bir daha sübut etdi ki, onlar bunu başa düşmür və başqa oyun qaydaları ilə oynayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=16191

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930