“Azərbaycan rəhbərliyi niyə tənqid olunduğunu anlamır”

30.04.2014 - 21:37

Riçard Morninqstar: “ABŞ bu fikirdədir ki, Azərbaycanda açıq cəmiyyət daha böyük sabitlik yaradacaq”

 

Aprelin 30-u Vaşinqtonda “ABŞ-Azərbaycan: Gələcəyə baxış” adlı
çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib ki,
Azərbaycanla ABŞ arasında münasibətlər çox vacib və güclüdür. Ancaq
çətinliklərdən azad da deyil.
Səfir vurğulayıb ki, o öz çıxışında
bu münasibətlərin niyə əhəmiyyətli olması üzərində dayanacaq, eləcə də
demokratiya sahəsində. Səfir deyib ki, Ukrayna hadisələri münasbətlərin
vacibliyini göstərdi: “Azərbaycanın suverenliyini və  müstəqilliyini
belə qəti şəkildə  ABŞ və Avropadan başqa kim deyəcək?”.
Morninqstar
bildirib ki, Ukraynadakı vəziyyət Dağlıq Qarabağ probleminin həllinin
vacibliyini göstərdi. Səfir hesab edir ki, problemin həlli Rusiyanın tam
əməkdaşlığı olmadan çox çətindir. O, qeyd edib ki, ABŞ Ermənistanla
Azərbaycan arasında insanların ünsiyyət qurmasını dəstəkləyir. Səfirin
fikrincə, bunun qatı müdafiəçiləri olan Rauf Mirqədirovun həbsi, Leyla
Yunus və Arif Yunusla bağlı istintaqın başlanması isə Ermənistan və
Azərbaycan arasında təmaslara ziyan vurur və bu, yanlışdır.
Morninqstar
deyib ki, Azərbaycanla ABŞ-ın münasibətlərində çətin olan sahə isə
insan haqları və demokratiyadır. O deyib ki, Azərbaycanda nəyə görə
tənqid olunduqlarını anlamırlar: “Onların arqumenti budur ki, Azərbaycan
təhlükəli qonşuluqda yaşayır və sabitlik yaratmalıdır. Onlar
bildirirlər ki,  20 ildə çox böyük işlər görüblər. Bunlar doğrudur,
ancaq ABŞ bu fikirdədir ki, Azərbaycanda açıq cəmiyyət daha böyük
sabitlik yaradacaq. Keçmiş dövlət katibi Hillari Klinton bir neçə il
əvvəl Bakıda olanda dedi ki, ABŞ-ın ən güclü münasibətləri açıq
cəmiyyətli ölkələrlədir”.
Morninqstar deyib ki, demokratiya,
insan haqları sahəsində Azərbaycan və ABŞ birlikdə işləməlidirlər. O
ümid etdiyini bildirib ki, Azərbaycan hökuməti fərdlərə ziyan vuran və
iki ölkənin münsibətlərində ən əhəmiyyətli qıcıqlandırıcı olan, ABŞ-ın
lüzumsuz hesab etdiyi hərəkətlərdən çəkinəcək (“Azadlıq” radiosu).

Short URL: http://www.cumhuriyyet.net/?p=16193

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930