Emin Hüseynovun İsveçrə səfirliyinə sığındığı iddia olunur
haqda dəqiq məlumat yox idi, onun Bakıdakı xarici səfirliklərdən birində
gizləndiyi haqda yazılar dərc olunsa da məlumatı yoxlamaq mümkün
deyildi.
ehtimal olunduğu kimi İsveçrənin Bakıdakı diplomatik missiyasındadır.
İsveçrə telekanalının “Rundschau” proqramının efirə hazırladığı
verilişdə Emin Hüseynovun “səfirlik sığınacağı”nın detalları açıqlanır.
Hüseynov özünü İsveçrə vətəndaşı kimi qələmə verərək polisin təqibindən
yaxa qurtara bildi” – Hüquq müdafiəçisi Florian İrminger dramatik
hadisələri İsveçrə telejurnaslitinə belə təsvir edir və bildirir ki,
həmin vaxtdan Emin səfirliyin binasında gizlənir.
nazirliyi bildirib ki, Emin Hüseynova “humanitar əsaslarda” sığınacaq
verilib. “O vaxtdan biz Azərbaycan höküməti və rəsmiləri ilə çıxış yolu
tapmaq üçün məsələni müzakirə edirik” – Xarici nazirliyinin yazılı
cavabında bildirilir.
İsveçrə xarici işlər naziri şəxsən bu işlə məşğuldur və hətta Emin
Hüseynovla görüşüb.
İsveçrə höküməti üçün olduqca pis məqama təsadüf edir. Çünki
Azərbaycanla sıx iqtisadi əlaqələri olan ölkənin AXPO şirkəti Trans
Anadolu qaz kəməri layihəsində iştirak edir, ARDNŞ isə İsveçrədəki Ecco
yanacaqdoldurma şəbəkəsini alaraq ölkəyə investisiya yatırıb.
marağındadır ki, ölkənin şirkətləri Azərbaycanla əməkdaşlıqdan imkan
daxilində çox bəhrələnsin”. – Rundschau-nun Emin Hüseynov haqda
verilişinin anonsunda bildirilir.
11-də onun rəhəbrlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi
institunun ofisində axtarış aparılıb, təskilatın kompüterləri, disklər
və digər avadanlıq götürülüb. Bundan sonra RATİ-nin əməkdaçları
prokurorluqda ifadə verib. İnstitutun hüquqşünası Günay İsmayılovanın
isə ölkədən çıxışına qadağa qoyulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=16195