Kür yenidən quruyur: Nə etməli

08.04.2021 - 15:27

Ötən il Kür çayında suyun səviyyəısinin aşağı düşməsi ilə bağlı yaşanan problemlər hər kəsin yadındadır. Rayondan verilən məlumata görə problem yenidən baş qaldırmaqdadır.  Neftçala rayonu Bankə qəsəbə sakini Bayramov İsbat İslam oğlu cumhuriyyet.az-a bildirib ki, Kürün durumu keçən ilkindəkindən də ağırdı, dənizin şor suyu çayı doldurub və çay yatağı ilə irəliləyir və yenə gəlib Salyan ərazisinə çatmaqdadır: “Kürün səviyyəsi aşağı düşüb və çayda şirin su azaldıqca da Xəzərdən çaya axan duzlu su bu ərazilərdə yenidən içməli su problemi yaradacaq. Son yüz il ərzində belə hala rast gəlinməyib ki, Kürə duzlu su gəlsin. İndi isə ötənilki problem daha ağır şəkildə yaşana bilər”. Neftçala sakini deyib ki, çayın səviyyəsi son illər ərzində azaldığı halda müvafiq təşkilatlar tərəfindən burada qabaqlayıcı işlər görülməyib.

İ.Bayramov problemin yaranma səbəblərindən danışarkən bildirib ki, “birinci səbəb, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsi, ikincisi, Kür çayının bu hissəsində asılı materialların kəskin azalmasıdır.Digər bir səbəb isə  Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiridir.” Neftçala sakini problemin həlli ilə bağlı da fikirlərini bildirib: “Kürün dənizə töküldüyü yerdə istiqaməti köhnə yatağa qaytarmaq və dəniz suyunun qarşısına bənd çəkmək problemin həllinə ciddi təsir edəcək. Eyni zamanda Kür üstündə tikilmiş nasosxanalar və balıq nohurlarının Kürdən su almasını minimuma endirmək lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162099

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930