"Ermənistan beynəlxalq sanksiyalara məruz qala bilər"
Nazirliyindən kütləvi informasiya vasitələrində Ermənistanın Naxçıvana
kimyəvi hücum hazırlaması barəsində yayılan məlumatlarla bağlı açıqlama
verilib. Nazirliyin mətbuat xidməti anspress-in sorğusuna cavab olaraq
Azərbaycan KİV-lərində Ermənistan ordusunun Naxçıvana kimyəvi hücuma
hazırlaşması barədə yayılan məlumatların etibarlılığının hansı dərəcədə
dəqiq və doğru olmasına şübhə ilə yanaşmadan, bəzi məqamlara diqqət
çəkmək istədikləri bildirib:
Ermənistan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına üzv olan və
BMT-nin Baş Assambleyasında Kimyəvi Silahlar Konvensiyasını imzalayaraq
üzərinə heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq,
istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik
götürən ölkədir.
kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın
nəzarəti altındadır. Bu ləvazimatların fəallığının konvensiyanın
öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər
bir dövlət öz ərazisində bu ləvazimatları, eləcə də ölkə ərazisində
saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını
yoxlama üçün təqdim edir. Bu məqsədlə, nəzərdə tutulmuş yoxlamalar və
“gözlənilməz” yoxlamalar həyata keçirilir. Buna görə də Ermənistan belə
bir addım atarsa beynəlxalq sanksiyalara məruz qala bilər.
tutulmuş digər silahlı birləşmələr, habelə müvafiq dövlət strukturları
əlaqəli şəkildə düşmənin bu kimi hərəkətlərinin qarşısının alınmasında
daim kompleks tədbirlərin təşkilini həyata keçirib və keçirirlər.
Sonuncu və ən əsası sianidin döyüş sursatlarında istifadəsi texniki
baxımdan az ehtimal olunan və keyfiyyət baxımından az effektivdir. Lakin
bunlara baxmayaraq, istənilən halda Azərbaycan Respublikası Silahlı
Qüvvələri istənilən zəhərli maddənin aşkar olunması, şəxsi heyətin
qorunması və zərərsizləşdirilməsi üçün tələb olunan kifayət qədər qüvvə
və vasitələrə malikdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16260