Şakir Alıyevin "həbsinin" pərdə arxası
Kürdəxanıda mənimsənilən 5 milyon manat
Kürdəxanıda mənimsənilən 5 milyon manat
Sabunçunun icra başçısı Adil Vəliyev çətin durumda
Vəliyev Kürdəxanıda mənimsənilən 5 milyona görə əvvəl bələdiyyə
sədrini, sonra birinci müavinin qurban verib; lakin bu da yetərli
olmadığına görə Sabunçuda bəzi məmurların həbsi qaçınılmaz görünür…
bir saat əvvəl Sabunçu rayon İcra Hakimiyyətinin başçısının sabiq
birinci müavini Şakir Alıyevin həbs olunması ilə bağlı məlumat yayıldı.
Lakin bundan bir qədər sonra Baş Prokururluğun mətbuat xidməti məlumat
yayaraq xəbəri təkzib etdi. Xatırladaq ki, Şakir Alıyevin bir neçə gün
bundan əvvəl öz xahişi ilə işdən azad olunması ilə bağlı məlumat
yayılmışdı. Şakir Alıyevin uzun illər boyu Sabunçunun icra başçısı Adil
Vəliyevin əsas biznes ortağı və yaxın dostu olduğundan, onun işdən azad
olunması ciddi maraq yaratmışdı.
Alıyevin işdən ayrılmasının və bu gün prokurorluq orqanlarında
dindiriləmsəinin səbəbi Küdəxanı qəsəbəsində köçürülən evlərə
kompensasiya ödənilməsi zamanı 5 milyon manatın mənimsənilməsi olub.
Pirşəağı, Goradil, Novxanı, Saray, Corat istiqamətində salınan və ümumi
uzunluğu 39,6 kilometr olan Bilgəh-Sumqayıt yolunun çəkilişi zamanı yol
qırağında olan bəzi evlər sökülüb və həmin evlərin sakinlərinə dövlət
kompensasiya ödəyib.
görə yolun şərti olaraq M-1 adlandırılan sahəsində, Kürdəaxnı dairəsinin
bir hissəsində olan evlər və obyektlər plana düşdüyü üşün sökülüb.
Həmin sökülən ərazidə Sabunşu rayon icra başçısının müavini Şakir
Alıyev və Kürdəxanı bələdiyyəsinin sədri Sabir Əliyevlə birləşərək
dövlətin ayırdığı 5 milyon manata kompensasiyasını mənimsəyiblər.
Bildirilir ki, evlərin və obyektlərin sökülməsinə dövlət 7,5 milyon
manatdan şox vəsait ayırıb. Ayrılan vəsaitlər isə Sabunçu rayon icra
hakimiyyətinin, Kürdəxanı qəsəbə icra nümayəndəsi Rafiq Rzayevin və
Kürdəxanı qəsəbə bələdiyyəsinin sədri Sabir Əlieyev tərəfindən
hazırlanan sənədlərə görə ödənilib.
Əliyevlə və icra nümayəndəsi Rafiq Rzayevlə birlikdə külli miqdarda
saxta sənədlər tərtib ediblər. Hətta ərazidəki zibillik ərazilər,
həmçinin dalanlar yaşayış sahəsi və biznes obyektləri kimi
sənədləşdirilib və bu yolla dövlətin 5 milyon manata yaxın vəsaiti
mənimsənilib.
maliyyə maxinasiyasında icra başçısı Adil Vəliyevin xəbəri olub və təbii
ki, mənimsənilən vəsaitin bir hissəsi də Şakir Alıyev vasitəsi ilə icra
başçısına çatdırılb. Bir müddət əvvəl maxinasiyanın üstü ərazidə
yaşayan sakinlərin şikayətləri üzərinə açılıb. Bundan sonra isə yaranmış
vəziyyətdən qorxuya düşən Adil Vəliyev qəsəbəyə gələrək sakinlərlə
görüşüb. Bir gün sonra isə Kürdəxanı bələdiyyəsinin sədri Sabir Əliyev
vəzifəsindən azad olunub. Onun yerinə Həqiqət Zeynalova təyin olunub. Bu
barədə məlumatı isə “Yeni Müsavat” qəzeti yayıb.
bildirir ki, bələdiyyə sədrinin işdən azad olunmasına baxmayaraq Adil
Vəliyev işin üstünü ört-basdır etməyə nail ola bilməyib. Mənimsənilən
vəsait milyonlarla manat olduğuna görə iş böyüyüb və bir neçə gün əvvəl
Adil Vəliyev ən yaxın dostu və biznes şəriki Şakir Alıyevi qurban
verməli olub. Şakir Alıyev öz ərizəsi ilə işdən azad olunub və bununla
da məsələni ört-basdır etməyə çalışıblar.
bu gün Şakir Alıyev məsələ ilə prokurorluq orqanlarına çağrılaraq
dindirilib. Mənbənin bildirdiyinə görə baş verənlərlə bağlı Şakir
Alıyevin, bələdiyyə sədri Sabir Əliyevin və icra nümayəndəsi Rafiq
Rzayevin həbsi gözlənilir. Həbs olunmamışdan əvvəl isə mənimsənilən
vəsaitin geri alınması üçün işlər aparıldığı qeyd olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=16265