"Mc Donalds"u bitirən ilbiz…
“Mc Donalds” salatın içindən ilbiz çıxdığını etiraf etdi
“Mc Donalds” salatın içindən ilbiz çıxdığını etiraf etdi
İyunun 4-ü
saat 16:00-da Nəsimi Rayon Məhkəməsində hakim Azər Paşayevin sədrliyi
ilə Rolan Məmmədovun “Mc Donalds” restoranlar şəbəkəsinə qarşı iddiası
əsasında növbəti məhkəmə prosesi keçirilib.
Nəhayət ki, uzun sürən prosessual çəkişmədən sonra işə mahiyyəti üzrə baxılmağa başlanılıb:
“Məhkəmə
iclasında həm biz, həm də qarşı tərəf vəsadətlərini verdilər. Onu da
qeyd edim ki, qarşı tərəf də Rolan Məmmədova iddia qaldırıb. Onlar
işguzar nüfuza dəymiş zərərə görə 341 min manat, əlavə olaraq, 10 min
manat cərimə və 17 min manat da vəkil haqqı tələb edirlər. Bundan başqa,
mətbuata təkzib verilməsini də əsas tələb kimi irəli sürürlər. Amma
dünən elə özləri öz iddialarını təkzib etdilər”.
Anar
Qasımlı deyib ki, sualları cavablandırarkən qarşı tərəfin nümayəndəsi
etiraf etdi ki, qeyd edilən tarixdə Rolan Məmmədov “Mc Donalds”
restoranına gələrək, sifarişlər verib və sonra inzibatçıya yaxınlaşaraq
salatın içində ilbiz olduğunu bildirib. Rolanin etirazından sonra ona
yeməyin dəyişdirilməsi təklif olunub.
Lakin o,
bununla razılaşmayıb. Bu faktı etiraf etdilər, lakin sonra qeyd etdilər
ki, müştəri salatı aldığı anda onun içindən ilbiz çıxmağı sıfıra
bərabərdir.
Arqumentləri isə belədir ki, ola
bilsin, ilbiz Rolanın özündən düşüb və yaxud o bağdan gəlirmiş, ona görə
də üstündən düşüb. Digər bir ehtimalları isə, guya, Rolan, qəsdən
ilbizi salatın içinə atıb. Yəni, belə gülməli arqumentlər irəli
sürdülər. Mən dedim ki, bunu necə qəsdən edə bilər ki, adam hesabı
əvvəlcədən ödəyib, yemək alıb. Əgər, hesabı ödəməmək üçün etsəydi, onda
qarşı tərəfin iddiasını başa düşmək olardı. Amma fakt budur ki, hesab
əvvəlcədən ödənilib”.
Rolan Məmmədovun vəkili işi obyektiv aparmadığına görə, şikayətçi olduqları hakim Azər Paşayevlə bağlı fikirlərini də bölüşdü.
“Bütün
məsələlərin protokola qeyd olunmasını hakimdən xahiş etdik. O da
qanunauyğun şəkildə deyilənləri yerinə yetirdi. Bu prosesdə də hiss
olunurdu ki, hakim obyektiv iş aparır. Yəni, biz tərəfə hansısa bir
maneçilik yaratmadı. Hərçənd ki, bundan əvvəl hakim Azər Paşayevin bizə
qarşı qərəzli mövqeyini, müəyyən qədər, hiss eləmişdik, ona görə etiraz
da təqdim etmişdik. Baxmayaraq ki, etirazımıza hakim tərəfindən
baxılmayıb. Amma dünənki iclası hakim obyektiv şəkildə apardı. Görünür,
etirazımızın da müəyyən təsiri olub”.
Vəkil onu
da bildirdi ki, dünənki prosesdə əhəmiyyətli vəsadətləri təmin olunub:
“Mc Donalds”dan videogörüntülər tələb olundu. Qarşı tərəf də onu
gətirəcəyini bildirdi. Həmin görüntülərdə Rolan Məmmədovun restorana
girişi-çıxışı əks olunub. Əlbəttə ki, salat sifariş etdiyi anlar da
təfsilatı ilə kameranın yaddaşına düşüb. Hesab edirəm ki, bu, kimin
haqlı və ya haqsız olduğunu üzə çıxaracaq”./Aktual.az/
Short URL: http://www.cumhuriyyet.net/?p=16269