İlham Əliyevin "şəffaflıq" nağıllları

06.06.2014 - 11:00

Hər nəyin monopoliyaya alındığı ölkədə nağılçılıq da monopoliyaya
alınarmış. Qabaqlar ölkədə bir Anar Nağılbaz var idi. Elə Nağılbaz kimi
də ad çıxarmışdı. Hər yerdə ondan danışılır, tele-radiolar onu
işıqlandırırdı. Illər keçdi, nağıllarının parlaqlığını itirməyi üzündən
Anar Nağılbaz arxa plana keçərək unuduldu. Indi bu ölkədə onu nağılbaz
deyə tanıyan, yada salan çox az kimsə tapmaq olar. Ortaya daha parlaq
NAДћILBAZ çıxdığından Anar ortadan çıxası oldu. Ölkədə bütün
monopoliyaların başında duran indi NAДћIL monopoliyasının da başında
durur.

Hər il olduğu kimi, yenə ölkədə “Beynəlxalq Xəzər Neft və Qaz
sərgisi” (21-ci) keçirildi. Bunları dırnaqda yazmağımın başlıca nədəni
I.Əliyevin bir çox başqa “sərəncamları” kimi dilimizin arınması ilə
bağlı verdiyi bütün “sərəncamların” gerçəkləşdirilməmiş qalmasını
vurğulamaqdır. Sonuncu belə “sərəncam” 9 aprel 2013-də verilmişdi. Hələ
də baxılmamış-gerçəkləşməmiş qalır. Kim baxacaq, kim gerçəkləşdirəcək:
prezident özü, ailəsi ingiliscəni sevə-sevə, bu dildə iyrənə-iyrənə
danışırsa, hakimiyətə bağlı başqaları bu dili necə sevə, ona necə qayğı
göstərə bilərlər?!

Sözügedən sərgiyə bizim illərlə böyük güvənc qaynağı olaraq
baxdığımız DEMOKRATIK dünyadan çoxlu qutlama məktubu gəlib – 9 oktyabr
saxta seçki sonrası gələn məktublar sayağı! O məktubların birindən –
Ingiltərənin baş baxanı Kemerondan gələn məktubdan – ürəkləri titrəyişə
gətirən unudulmaz bir fraza: “Böyük Britaniya ilə Azərbaycan arasında
ikiyanlı (ikiüzlü desəydi, daha düzgün olardı! – X.B.) ilişkilərlə
öyünürəm”. Kemeron Azərbaycan yerinə, gerçəyə uyğun olaraq, əliyevçi
rejim desəydi, daha düzgün oardı, ancaq onu demək, dilə gətirmək olmaz!
Niyə? “Səs salma yatanlar ayılar, qoy hələ yatsın / Yatmışları razı
deyiləm kimsə oyatsın”. Bax, belə. Dünyada, başlıcası da, əliyevçi
Azərbaycan yörəsində belə bir oyun gedir. Bizim o oyunun nələri
olduğumuzu gedin DAHI siyasətçi Yaqub Məmmədovdan soruşun…

Sərgidə I.Əliyev çıxış edib, dövlət siyasətində prioritetə çevirdiyi
“şəffaflıq” adlı gözəgörünməzdən danışıb: “Şəffaflıq bizim üçün ən böyük
prioritetdir. Şəffaflıq təmin edilməsəydi, bu qədər vəsait yığa
bilməzdik. Neft-qaz sektorundan əldə edilmiş gəlirlər xalqın rifah
halının yaxşılaşmasına, infrastruktur layihələrə yönəlib”. “Şəffaflıq”
ərəbcədir, bizim dildə AÇIQLIQ deməkdir.
Rüşvət-korrupsiya-oğurliq-soyğunçuluq-monopoliya kimi antidemokratik
görsənişlərin DÖVLƏT-PREZIDENT siyasətinə çevrildiyi, prioritet statusu
qazandığı recimdə AÇIQLIQ ola bilərmi?! Başqaları bir yana, təhsil,
sağlamlıq sistemlərinin bütünlüklə rüşvətə-korrupsiyaya büründüyü ölkədə
AÇIQLIQ ola bilərmi?! Neft fondunun “infrastruktur layihələr” adı
altında necə dağıdıldığı bütün dünyaya bəllidir. O
dağıntı-mənimsəmələrin sonucu olaraq prezident ailəsinin
milyonlar-milyardlarla dəyərində mal-mülkləri Dubaydan, Çexiyadan,
Moskvadan, Londondan, Mayamidən Panamaya, Vircin adalarınadək uzanıb
gedir. Neft fondu dağdılıb, dağıdılır, indiki əliyevçi ailə hakimiyəti
qaldıqca dağıdılacaq! 

Ölkədə bir-birindən ötə gedən saxta seçkilər keçirilir – oğru
hakimiyəti qoruyub saxlamaq üçün. “Xalqın rifah halının yaxşılaşması”
üçün deyil, yaxşılaşmaması üçün ANTIXALQ siyasətləri axarında xalq hər
yerdə soyulur – doğum evlərindən ölkənin çıxışına – gömrüyədək. Buna
görə bütün televiziyalar, rejimə bağlı informasiya qurumları müxalifət
başda olmaqla xalqın, doğru söz adamlarının üzünə bağlıdır. Buna görə
NIDAçı gənclik, bütövlükdə, oğru rejimə dözməyənlər birbaşa prezident
tapşırığıyla repressiya olunur. Ölkədə gerçəkdən qanunçuluq-açıqlıq
olsaydı, bir belə repressiyalara gərək yaranardımı?! Repressiya
reqressiya rejiminin doğurduğu ən parlaq görsənişlərdəndir. Rejimin
başında kim durur?

Short URL: http://www.cumhuriyyet.net/?p=16274

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31