"Rusiyanın dəfn mərasimindəyik"
Tanınmış rus siyasətçisi, əvvəllər Putinin yaxın silahdaşlarından olan Arlfred Kox Rusiyanın sonunun çatdığını yazır
Alfred Kox
Mənim fikrimcə, hər şey olduqca aydındır. Rusiya öz geniş imkanlarını
və bədnam ,,tam suverenliyini,, qoruyub saxlayaraq (Putin və komandası
bunu nə qədər arzu etsələr də) salamat qalmaq imkanlarından məhrum oldu.
Və bizdə nüvə silahının mövcudlğu faktı ilə özümüzü aldatmayaq. Onun
tətbiqi “game over” demək olardı və bunu müzakirə etmək tamamilə
mənasız işdir.
Təklikdə (ola bilsin, hətta Qazaxstan, Belorus, Ermənistan və
Qırğızstanla birlikdə) salamat qalmaq cəhdləri sürüşkən müstəmləkəçiliyə
və Rusiyanın tam və birdəfəlik olaraq xammal əlavəsinə çevrilməsinə
gətirib çıxaracaq. Bu da o qədər aydın görünür ki, adam bunu hətta
əsaslandırmağa da ərinir.
Ovurdlarını şişirdərək və özünü əlahiddə götürülmüş sivilizasiya və
güc mərkəzi kimi təsvir etmək, kütlənin qəzəbini cəmi bir neçə faiz
artırmaq məqsədilə daxili istifadəyə yönəlmiş beyin və informasiya
aktivliyidir. Bunun amerikanları miskincəsinə təqlid etmək və ya intihar
ifadəsi olmaqdan başqa heç bir tətbiqi əhəmiyyəti yoxdur.
Özünüz mühakimə edin… Rusiyanın iqtisadi gücü zorla nəzərə çarpır
və yalnız enerji daşıyıcıları hesabına mövcuddur. Əhalisi isə cəmi 140
milyon nəfərdir. Bu göstəricilərlə oyun qurmaq mümkün deyil.
Uyğun olaraq, hansısa qlobal alyansın bir hissəsi olmaq lazım gəlir.
Alyansın üzvü olaraq öz suverenliyinin bəzi elementlərini alyansın
dövlətüstü qurumuna güzəştə getmək, alyans daxilində mövcud olan oyun
qaydalarına əməl etmək lazımdır. Ola bilər ki, ilk vaxtlarda, bu, qeyri
rasional, ikiüzlü, hətta zərərli görünə bilər. Amma orta perspektivlərdə
belə bir alyansa qoşulmanın toplam uduşları bütün itkilərin yerini
doldurur.
İndiki halda seçim imkanı geniş deyil. Ya Qərb,ya da Çin. Üstəlik,
burada avtomatik prinsip işə düşür. Əgər Qərblə inteqrasiyaya “yox”
qərarı verilibsə (hərçənd, Qərb də əlini yelləyib gedib və buna heç ümid
etmir), deməli, Çinlə alyansa girmək lazım gəlir. Çinlə alyans üçün isə
xüsusi bir qərar verməyə ehtiyac yoxdur.
Təbiət boşluğu sevmir və hansısa məkanda hansısa gücün yoxluğu başqa
bir gücün meydana çıxması ilə nəticələnir. Burada bizdən başqa heç bir
gücün olmadığını təsəvvür etmək isə təhlükəli illüziyadır və özünü
aldatmaqdan başqa bir şey deyil. Düşük və soyuqqanlı bir yalandır.
Əvvəldə də qeyd etdiyim kimi, nəticə sadədir. Hansı alyansda olmaq
istədiyimizə qərar verməliyik. Qərbləmi, Çinləmi? Şəxsən mənim üçün
alternativ yoxdur: əlbəttə, Qərblə. Deyəsən, Kreml öz də öz qərarını
verib və bu qərar mənim seçimimlə daban-dabana ziddir.
Mən belə təsəvvür edirəm ki, əgər rus mədəniyyəti və rus mentaliteti
qorunub saxlanacaqsa (təbii ki, müasurləşərək) bu, Qərblə bir yerdə
mümkündür. Çin bu özəllikləri sadəcə olaraq, məhv edər.
Faktiki olaraq, biz Rusiyanın dəfn mərasimində iştirak edirik. Ərazi,
resurslar və bir də neft borusunu mühafizə edən bəlli sayda
yarımsavadlı metislər qalır. Bu, bizim yeni dostlarımıza və
himayədarlarımıza lazım olanların hamısıdır. Təbrik edirəm sizi, əziz
patriotlar! Biz öz suverenitetimizi yaramazlardan xilas etdik. Ura!
Əlvida Rusiya! Biz səni xatırlayacağıq! Rusiya gözəl idi… Neyləmək
olar…
Short URL: http://www.cumhuriyyet.net/?p=16278