Tehranın "atəşkəs" səbri qısa oldu…

07.06.2014 - 14:32

Fars-molla rejimi rəsmi Bakıya qarşı “dindar məhbus” kampaniyasını davam etdirir

Fars-molla rejimi rəsmi Bakıya qarşı “dindar məhbus” kampaniyasını davam etdirir 
 
Bir daha xatırladaq ki, prezident İlham Əliyevin İrana səfəri
ərəfəsindən və səfərdən sonra belə bir təəssürat yarandı ki, artıq
fars-molla rejiminin illərdir Azərbaycan dövlətinə və Azərbaycanın
dövlət rəhbərliyinə qarşı apardığı mətbu kampaniya durdurulur. Amma bu “atəşkəsin” ömrü çox qısa oldu. Belə ki, rəsmi
Bakıya qarşı hazırda Azərbaycan həbsxanalarında saxlanılan iranyönümlü
dindarlarla bağlı təzyiqlər edən və müxtəlif təbliğat kampaniyası aparan
İran mətbuatı bu yöndəki fəaliyyətinin təsadüfi olmadığını da
kampaniyanın davamlılığı ilə nümayiş etdirdi. Bununla həm də
İran-Azərbaycan dostluğunun heç bir halda mümkün olmadığı bir daha
təsdiqlənmiş oldu.
Əslində
bu qabaqcadan da bəlli idi. Azərbaycanın necə ki, Ermənistanla dostluğu
imkansızdır, eləcə də Ermənistana hər zaman dəstək verən və bu gün də
Azərbaycan torpaqlarının böyük hissəsini işğalı altında saxlayan
fars-molla rejimi ilə səmimi münasibətlərimizin olacağı inandırıcı
deyil. Bunu tərəflərin hər biri gözəl anlayır.
Xüsusən
də hövsələsiz İranın antiAzərbaycan ruhlu mediası. Dia.az olaraq
“arannyus” portalında yer almış və rəsmi Bakını hədəfə alan bir
kampaniya ilə bağlı məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:
“İslam
İnsan Haqları Komitəsi- Azərbaycan Respublikasında həbs olunan islamçı
məhbuslarla həmrəylik ongünlüyü münasibəti ilə dünən 2 iyunda Təbrizin
Səttarxan mərkəzində konfrans keçirilmişdir.
“İslamda
və beynəlxalq hüquqda azadlıq haqqı” mövzusunda keçirilən konfransda
komitənin katibi cənab Kazimzadə qonaqları salamlayaraq konfransın
keçirilməsində məqsədin Azərbaycanın islamçı məhbuslarına dəstəkdən
ibarət olduğunu bildirdi. Sonra Azərbaycan Respublikasının tanınmış
ruhanilərindən olan Höccətül-İslam Faiq Vəlioğlu ölkəsinin dini-ictimai
vəziyyəti, eləcə də mənəvi və mədəni azadlıqlar haqda məlumat verdi. O,
İslam İnsan Haqları Komitəsinin rəhbərliyinə, Ali Liderin Təbriz
şəhərindəki səlahiyyətli nümayəndəsinə və konfrans iştirakçılarına
təşəkkürünü bildirərək dedi:
“Biz
müstəqillikdən sonra Qarabağ böhranı ilə üz-üzə qaldıq, 1 milyon 200
min nəfər öz yurd-yuvasından didərgin düşdü, evləri dağıdıldı,
el-obaları xarabalığa çevrildi. Düşmən bizim əcdadlarımızın qəbirlərinə
də rəhm etmədi, onların baş daşlarını çıxarıb satdı. Lakin biz inşallah,
gənclərimizin səyi ilə mübarizə aparıb Qarabağı azad edəcəyik”.
Faiq
Vəlizadə 25 may – 3 iyun ongünlüyünün Azərbaycan Respublikasında həbs
olunmuş islamçı məhbuslarla həmrəylik ongünlüyü elan olunduğunu
xatırladıb bunun azəri mübarizlərin anılması üçün münasib zaman olduğunu
bildirdi. O dedi: “Bizim dərdimiz budur ki, dini və mənəvi
azadlıqlarımız əlimizdən alınıb. Və bütün bunlar əcnəbi və müstəmləkəçi
düşmənlərin ədavətli siyasətinin nəticəsidir. Öz bacılarının hicabını
qorumaq üçün fəryad qoparan qeyrətli azəri gəncləri isə həbsxanalara
göndərilir. Azərbaycan xalqının əksəriyyəti İslamı və Quranı istəyir,
İslam təlimlərinə qarşı mübarizə xalq üçün bir problem və hətta
faciədir. Müsəlman intizamlı, sağlam və cəmiyyətə faydalı olur, qanuna
hörmətlə yanaşır. Lakin təəssüf ki, Azərbaycanda belə insanları təcrid
edir, dövlət işlərindən uzaqlaşdırır, yaxud cibinə narkotik maddə
yerləşdirib yalançı şahidlər vasitəsilə həbs edirlər”.
Tanınmış
ruhani çıxışının davamında dedi: “Biz bu ongünlükdə həbsdə olan din
qardaşlarımızı müdafiə etmək üçün ayağa qalxmışıq. Əslində oğru və
rüşvətxorlar həbsxanalarda olmalıdır, amma biz Azərbaycanda bunun əksini
müşahidə edirik. Lakin bir məsələni də deyim: Hicab və İslam məhbusları
Azərbaycan həbsxanalarını gülüstana çevirmişlər. Bəzən nəzarətçi
polislər də onlardan təsirlənirlər. Bəzi həbsxanalarda məscid tikmiş və
ibadət edənlərin sayını artırmışlar”.
Höccətül-İslam
Faiq Vəlioğlu sonda bir daha məzlumu müdafiənin çox böyük və müqəddəs
iş olduğunu xatırladıb konfransın təşkilatçılarına müsəlman Azərbaycan
xalqı adından minnətdarlığını bildirdi, islamçı məhbusların azadlığı
üçün dua etdi.
Təbriz
şəhərinin çoxlu elm adamlarının, jurnalist və hüquqşünasların qatıldığı
konfransın sonunda bəzi iştirakçılar da öz fikirlərini bildirdilər,
Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü
dəstəklədiklərini ifadə edib, islamçı məhbusları bu ölkənin müsəlman
xalqının ucalıq simvolu adlandırdılar”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16280

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30