"Yarıçılpaq gəzənə "qızım" deyə bilmərəm"

07.06.2014 - 14:53

Aktrisa və aparıcı Kəmalə Quliyevanın xalq artisti Nurəddin
Mehdixanlının qızı olmasını sübut edən sənədi paylaşandan sonra xalq
artisti sosial şəbəkə vasitəsi ilə məsələyə münasibət bildirib.
“Qafqazinfo”
xəbər verir ki, N.Mehdixanlı bildirib ki, özünü bu sayaq yarıçılpaq
şəkillərlə təqdim edən və bu əməliylə fəxr edən hər kim olursa olsun,
doğmam olsa belə, mənim qızım ola bilməz: 
“Özünə
“Nurəddin Mehdixanlının qızıyam” deyən kəs bu cür qəbuledilməz hərəkətə
yol verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Kəmalə
Quliyeva bu etirazı gözləyirmiş kimi bütün saytlara müsahibə verməyə
başlayıb.
Hər kəsin səhvləri, günahları ola bilir.
Amma 58 yaşlı bir insanı, sənət adamını, bütün ömrünü, həyatını,
sağlamlığını, millətinə, mədəniyyətinə sərf etmiş insanı mənəvi terror
vasitəsi ilə qatil etmək nə dərəcədə ədalətli və doğrudur?
Mən
sosial şəbəkələrdə yarıçılpaq şəkildə özünü reklam edənə hər kim olursa
olsun, hər nəyim olursa olsun, “qızım” deyə bilmərəm.  Mənim qızım belə
olmamalıdır. Məgər mən səhv etmişəm?  Qətiyyən. Mən bu məsələdə özümü
haqlı sayıram.
Kamran Quliyevden soruşuram: “Sən
Kəmalə Quliyevanı qardaşı olaraq qəbul edirsənmi?” Bəlkə də, sən qəbul
edirsən, amma mən qəbul etmirəm. Heç vaxt da etməyəcəyəm.
Əllərinizdə
tutub hamıya göstərməyə çalışdığınız sənədlər düz də ola bilir, saxta
da. Artıq 30 ildən artıqdır ki, o sənədlər sizin və mənim həyatımda
nələrisə dəyişdirmək qüdrətində deyil. 30 il ərzində nə mən sizi
görmüşəm, nə də ki, siz məni. 
Bəlkə də, Kəmalə
Quliyeva nələrəsə ümid edirdi, amma o, bütün körpüləri uçurtdu. Heç bir
qız lap sevmədiyi atasına belə bu təhqirləri yaşatmazdı”.

Short URL: http://www.cumhuriyyet.net/?p=16282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31