"Amerika Ukraynanın yanındadır"

07.06.2014 - 23:31

Ukrayna prezidenti Petr Poroşenko ölkəsinin ABŞ-la gələcək
əməkdaşlığında əmindiir və Ukraynaya dəstəyə görə Vaşinqtona
minnətdardır. O bu fikirləri ABŞ-ıq vitse-prezidenti Co Baydenlə görüş
zamanı bildirib. 

Poroşenkonun sözlərinə görə, Ukrayna daim Amerikanın dəstəyini hiss edib. 

Ukrayna prezidenti həmçinin qeyd edib ki, ölkədə dəyişiklik hesabına daha demokratik Avropa dövləti əldə ediblər. 

Öz növbəsində Bayden əmin edib ki, ABŞ Ukraynanı dəstəkləməkdə davam edəcək. “Amerika sizinlədir”, – deyə Bayden qeyd edib. 

Baydenin sözlərinə görə, indi sülh üçün pəncərə var. Ancaq lazımı, o
cümlədən qeyri-populyar addımlar atılmasa, o həmişə açıq olmayacaq. 

“Qeyri-populyar addımların atılması cəsarət tələb edir”, – deyə o bildirib. 

Vitse-prezident həmçinin Poroşenkonun parlamentə çıxışı zamanı səsləndirdiyi təşəbbüsləri dəstəklədiyini də deyib. 

O bu çıxışı təsirli adlandırıb və Ukraynada sülhün bərqərar olması üçün bu təşəbbüslərin reallaşdırılmasını arzu edib. 

azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16286

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031