"İstanbul uçur"
ANS PRESS-in məlumatına görə, İstanbulda bütün standartlara cavab verən
və dünyanın ən böyük hava limanının təməli qoyulub. Bu barədə İstanbul
valisi Hüseyn Avni Mutlu “Twitter” hesabında yazdığı tvitdə bildirib.
“Uçuuuur, uçuuur İstanbul uçuuuur. 150 milyon sərnişin tutumuna malik
dünyanın ən böyük aeroportunun təməli qoyuldu. Xeyirli olsun, tutana eşq
olsun” – deyə, şəhər valisi sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, hazırda dünyanın ən böyük aeroportu ABŞ-ın Atlanta
şəhərində yerləşən Hartsfild-Cekson adına beynəlxalq hava limanı ildə 92
milyona yaxın sərnişin dövriyyəsi olur.
Short URL: http://www.cumhuriyyet.net/?p=16289