"Ukraynaya görə nüvə müharibəsi də başlaya bilər"

08.06.2014 - 15:18

Ukraynaya görə Qərblə Rusiya arasında mübarizə nə vaxtadək
davam edəcək? Rusiya Ukraynanın şərqində gedən müharibəyə müdaxilə
edəcəkmi, əgər edəcəksə, ABŞ-ın buna reaksiyası necə olacaq?

Bu kimi suallar hazırda dünyanın aparıcı beyin mərkəzlərini və analitiklərini dərindən düşündürür.

Dünya Bankının
keçmiş analitiki Piter Köninq “Qolos Rossii” radiostansiyasının ingilis
xidmətinə müsahibəsində bu qarşıdurmanın hətta nüvə müharibəsinə qədər
gedib çıxa biləcəyini deyib.

Onun fikrincə, ABŞ Rusiya ilə mübarizədə uduzmamaq üçün hətta nüvə silahı da işlədə bilər.

“Belə risk var ki, Vaşinqton son çarəsizlik içərisində dağıdıcı nüvə
müharibəsinə təşəbbüs edə bilər. Lakin bu, şübhəlidir, çünki Amerikanın
bank və korporativ elitası prezident Obamanın hərəkətlərinə nəzarət
edir. Onlar həddən artıq eqosentrikdir və özünüməhvetmə riskinə
getməzlər.

Qeyd etmək lazımdır ki, Amerika elitası olduqca neoamerikandır. Bu
elitanı formalaşdıran adamlar Amerika xalqı və Amerikanın özü barədə
düşünmürlər. Onlar üçün Amerika sadəcə olaraq dünya ağalığı üçün
alətdir. Əgər onlar özlərinə zərər verməmək şərti ilə müharib başlada
bilsəydilər, bunu çoxdan etmişdilər” – deyə qloballaşma və Amerika
əleyhdarı kimi tanınan ekspert bildirib.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16294

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031