"Dediyim sözlərin arxasında dururam"

08.06.2014 - 22:28

Morninqstar Mir Şahinə cavab verdi

Morninqstar Mir Şahinə cavab verdi
 

“Həmin müsahibədə dediyim sözlərin, fikirlərin arxasında dururam”

Amerika
Birləşmiş Ştatlarının (ABŞ) fövqəladə və səlayiyyətli səfiri Riçard
Morninqstar bu gün ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı
olub. Verlişin tam mətnini diqqətinizə çatdırırıq.

– Söhbətin bu yerində
Azərbaycanın çox güclü strateji müttəfiqi olan Amerika Birləşmiş
Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar
mövzusuna keçmək istəyirəm. Bəlkə də, təqdimatım bir qədər qəribə
alındı. Riçard Morninqstar mövzusu… Və siz yanılmadınız, doğrudan da
Azərbaycanda son zamanlar bir Morninqstar mövzusu var. Və Azərbaycan –
Amerika münasibətlərinin formalaşmasında müstəsna rolu olan səfirliyin
birincisinin bu gün ANS-in studiyasında olması bir sıra suallara ondan
cavab almaq imkanlarımızı artırır və biz bu imkandan məmuniyyətlə
istifadə edirik. Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfirini hətta bu
günlərdə Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırmışdılar.
Elə mən bundan da başlamaq istəyirəm. 
Cənab səfir, Siz Azərbaycanın daxili işlərinə niyə qarışırsınız? 

Güman edirəm ki, Siz mənim sonuncu müsahibəmə istinad edirsiniz, o, çox
diqqət cəlb etmişdi. Mən düşünmürəm ki, Azərbaycanın daxili işlərinə
qarışmışam. Azərbaycan suveren və müstəqil bir dövlətdir. Azərbaycan
müstəqil şəkildə öz qərarlarını qəbul edir və və biz ötən 23 il ərzində
Azərbaycanın müstəqilliyini güclü şəkildə dəstəkləmişik. Kənardan heç
bir qüvvə, heç bir oyunçu, o cümlədən biz, Azərbaycana nə etməli
olduğunu deyə bilmərik. Bunu etmək ixtiyarı yalnız Azərbaycan
hökumətində və Azərbaycan xalqındadır. Mənim niyyətim bu idi ki,
hal-hazırda Azərbaycanın üzləşdiyi bir sıra məsələlərə öz fikirlərimi,
baxışımı bildirim. Mən hesab edirəm ki, mən öz fikirlərimi ABŞ-ın
balanslı siyasətinə uyğun şəkildə və ümumilikdə balanslı şəkildə
bildirimişəm. Bəziləri mənim dediklərimlə razılaşdı, bəziləri
razılaşmadı. Amma mən hər bir kəsin öz fikirlərini ifadə etmək hüququna
hörmətlə yanaşıram. Və müsahibədən sonra həm Azərbaycan hökuməti
daxilində, həm də vətəndaş cəmiyyətində doğru-düzgün müzakirələr hələ də
davam etməkdədirsə, hesab edirəm ki, bu onu göstərir ki, bu müsahibəni
verməyə dəyərdi. Mən Azərbaycanın uzunmüddətli dostuyam, bunu hər kəs
bilir. Mən 19 ildir ki, Azərbaycana zaman-zaman fasilələrlə səfər
etmişəm. Və bu ötən müddət ərzində mən Azərbaycanda bir sıra sahələr
üzrə çox böyük irəliləyişin şahidi olmuşam. Mən tam əminəm ki, növbəti
20 ildə də bu irəliləyiş, tərəqqi davam edəcək. Hesab edirəm ki, mənim
müsahibəmə bü cür reaksiyanın verilməsinin, göstərilməsinin əsas səbəbi
bir çox mətbu orqanlar tərəfindən zəif, qeyri-münasib, yanlış
tərcümədir. 
Əlbəttə, burada söhbət ANS-dən
getmir. Mən bu müsahibə ilə maraqlanan hər kəsi bizim səfirliyin
veb-saytında yerləşdirilmiş müsahibənin tam stenoqramı ilə tanış olmağa
çağırıram. Mən müsahibədəki məqamlara aydınlıq gətirmək üçün bir şeyi
əlavə etmək istəyirəm. Mənim müsahibəmin yanlış yozumlarından birində
belə deyilir ki, guya mən demişəm ki, Azərbaycanda insan hüquqları ilə
bağlı vəziyyət yaxşılaşmazsa, müsbətə doğru dəyişməzsə, Maydan
hadisələri Azərbaycanda da təkrar olunacaq. Mən bunu deməmişəm. Mənim
müsahibədə dediyim sözlər bundan ibarətdir: “Əgər vətəndaş cəmiyyətinə
qarşı çox sərt mövqe tuturlarsa, vətəndaş cəmiyyətinə nəfəs almağa imkan
yaradılmazsa, onda, ola bilsin ki, bunun xoşagəlməz nəticələri ola
bilsin”. Bir daha müsahibəmdəki sitata qayıtmaq istəyirəm: “Əgər bu, bu
gün baş verməzsə, əgər vətəndaş cəmiyyəti həddindən artıq sıxılarsa,
azadlıqdan məhrum edilərsə, 5 il, 10 il və ya 20 il sonra bu dediyim
xoşagəlməz nəticənin baş vermə riski var”. Mən keçmişdə də dəfələrlə, bu
kimi, buna oxşar fikirlər ifadə etmişəm. Hətta Maydan hadisələri baş
verməsə belə, mən eyni fikirləri səsləndirərdim. Başqa sözlə desək,
Azərbaycanın gələcək inkişafını və sabitliyini təşviq etmək üçün
vətəndaş cəmiyyətinin çiçəklənməsinə və inkişaf etməsinə şərait yaratmaq
lazımdır. Yenə də kimlərsə də, bax, bu fikirlə də razılaşmaya bilər. Və
hər kəsin öz fikrini ifadə etməyə haqqı-hüququ var. Amma mən həmən
müsahibədə dediyim sözlərin, fikirlərin arxasında dururam. 
– Yəni təhrif olunmamış versiyasının üzərində?

Bəli, mən həqiqətən nə sözləri demişəmsə, o sözlərin arxasında dururam
və məhz buna görə də, hamını, maraqlanan kəsləri həmin müsahibənin
stenoqramı ilə tam şəkildə tanış olmağa çağırıram. Bununla tanış olan
hər kəs görə bilər ki, doğrudan da çox balanslı fikirlərdir. 

Cənab səfir, balans demişkən, bu müsahibədən sonra elə ABŞ-ın apardığı
siyasətin özündə balansın olmadığı barədə fikirlər səslənməyə başladı.
Məsələn, belə məlumatlar yayıldı ki, niyə Birləşmiş Ştatlar Krıma daha
çox diqqət yetirir, nəinki Qarabağa? Niyə Birləşmiş Ştatlar Rusiyaya
qarşı sanksiya tətbiq etməyin tərəfindədir və bunu ən ciddi şəkildə
tələb edir, amma eyni hadisənin müəllifi olan Ermənistana Qarabağla
bağlı bu sanksiyalar tətbiq olunmur? Ümumiyyətlə, Azərbaycanda balans
mövzusuna çox həssas yanaşırlar. Necə olur ki, Liviya ilə qətnamənin
icrasına bir neçə dəqiqə kifayət edir, amma BMT-nin Dağlıq Qarabağ və
Azərbaycanla bağlı qətnamələri var ki, 22 ildir kağız üzərində qalıb və
heç bir nəticə yoxdur. Yaxud Yuqoslaviyada Birləşmiş Ştatlar sülhməramlı
əməliyyat üçün heç BMT-nin mandatını belə gözləmədi, bu addımı atdı.
Azərbaycanla bağlı məsələlərdə isə bu, faktiki olaraq, kağız üzərində
qalır. Ümumiyyətlə, Birləşmiş Ştatlar sözdən işə heç cür keçə bilmir ki,
bilmir. Bütün bu ittihamlara, Sizə, yəni Birləşmiş Ştatlara edilən
iradlara münasibətiniz necədir? 
– Sizin
möqeyinizi başa düşürəm. Bəli, Sizin dedikləriniz fikirləri başa
düşürəm, anlayıram. Hələ də həllini gözləyən bu münaqişə ilə bağlı
Azərbaycan xalqının məyusluğunu anlayıram. Mən nəinki səfir olandan,
hətta 1990-cı illərdən Azərbaycana səfər etməyə başlayandan bəri məcburi
köçkün ailələri ilə görüşmüşəm. Bu insanların öz doğma evlərindən bu
qədər uzun müddət ayrı qalmalarının nə qədər ağrılı hiss olduğunu
anlayıram. Biz hələ də belə hesab edirik ki, bu münaqişənin
nizamlanmasının ən yaxşı yolu Minsk qrupu prosesi vasitəsi ilədir. Hesab
edirəm ki, biz ötən aylarda bu proseslə bağlı kifayət qədər fəal
olmuşuq. Biz birbaşa və açıq şəkildə bəyan etmişik ki, işğal edilmiş 7
rayon Azərbaycana qaytarılmalıdır və münaqişənin həlli yalnız bu şərtlə
mümkündür. Bu 7 rayondan əlavə, Dağlıq Qarabağın özünə gəldikdə isə,
bizim mövqeyimiz və fikirlərimiz bundan ibarətdir ki, Dağlıq Qarabağın
yekun statusu ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi
əsasında danışıqlar vasitəsi ilə müəyyən olunmalıdır. Biz danışıqlar
yolu ilə məsələnin həll edilməsi üçün hər iki tərəflə danışıqlar
aparırıq. Biz ümid edirik ki, prezidentlər keçən payız verdikləri vədə
əməl edərək yenidən görüşəcəklər və hər iki prezident konkret həllə nail
olmaq üçün konkret addımlar atacaqlar. Biz hər iki ölkənin xalqlarını
sülhün gətirəcəyi faydalar barədə düşünməyə çağırırıq. Bunu hal-hazırda
təmas xəttində baş verən faciəvi hallarla, eyni zamanda hazırkı
durğunluq və çıxılmaz dalan vəziyyəti ilə müqayisə etməyə və sülhün
üstünlüklərini görməyə çağırırıq. 
– Cənab
Morninqstar, mən də elə bunu nəzərdə tuturam. Söhbət bundan gedir ki,
ABŞ Krım məsələsində Ukraynanın mövqeyini israrla dəstəkləyir. Hətta bu
yaxınlarda cənab Obama yeni seçilmiş Ukrayna prezidenti Poroşenko ilə
görüşdü. Amma onların ritorikasında heç deyilmədi ki, Putinlə Poroşenko
məsələni aydınlaşdırsınlar, biz sonra onların gəldiyi qənaəti müdafiə
edəcəyik. Və cəmiyyət Dağlıq Qarabağda seperatçıların tərəfindən çıxış
etmək meyllərini də hiss edir. Necə olur ki, seperatçı Dağlıq Qarabağ
Respulikasına Birləşmiş Ştatlar milyonlarla vəsait ayırır? Seperatçı
respublikanın rəhbəri Birləşmiş Ştatlara səfərə çıxır, telemarafon
keçirir, pullar yığır? Belə bir analogiya aparaq – hesab edin ki, Ben
Laden öz maraqlarını müdafiə etmək üçün gəlib Amerikada telemarafon
keçirir. Yaxud keçmiş Yuqoslaviya rəhbəri ABŞ-a gəlir? Məhz bunun
səbəbləri bizi, daha doğrusu məni bir jurnalist olaraq narahat edir.
Sizə elə gəlmir ki, ABŞ-ı, Qərbi ikili standartlarla günahlandıran
insanlarında da tutarlı arqumentləri var? 

Bir daha sualınızın arxasında duran hissləri anlayıram, amma sual
içərisində apardığınız müqayisələrlə, analogiyalarla razılaşmıram. İlk
öncə ondan başlamaq istəyirəm ki, qondarma Dağlıq Qarabağ Respublikasını
tanımaq Birləşmiş Ştatların siyasətinə daxil deyil. Bir daha qeyd elmək
istəyirəm ki, Dağlıq Qarabağın yekun statusu danışıqlar vasitəsi ilə
müəyyən ediləcək. Biz Dağlıq Qarabağ ərazisində yaşayan insanlara
müəyyən humanitar yardım göstərmişik. Bu, mənim keçmiş Sovet İttifaqı
ölkələrinə bizim ölkənin göstərdiyi yardım üzrə məsul şəxs olduğum
vaxta, yəni 1990-cı illərin ortalarına təsadüf edir. Mən sizi əmin
edirəm ki, bizim Azərbaycanda olan məcburi köçkünlərə göstərdiyimiz
yardımın miqyası və məbləği dediyimiz halla müqayisdə dəfələrlə çoxdur.
Bizim Dağlıq Qarabağada yaşayan insanlara göstərdiyimiz son yardım
əsasən ərazinin minalardan təmizlənməsi və içməli su layihələri ilə
bağlı olub. Bu ayrılan vəsaitin heç bir qismi oradakı de-fakto
hakimiyyətə təqdim edilmir, yalnız birbaşa layihələrin icrasına, həyata
keçirilməsinə həsr edilir. Birləşmiş Ştatlara səfər məsələsinə gəldikdə
isə, qeyd etmək istəirəm ki, de-fakto rəsminin Birləşmiş Ştatlara səfər
etməsi Birləşmiş Ştatların siyasətindən heç bir dəyişiklik və ABŞ-ın
həmin qurumu tanıması demək deyil. Eyni zamanda, bu səyahət bizim
ölkənin bu nizamnamənin bu münaqişənin sülh yolu ilə nizamlanması ilə
bağlı istəklərimizin heç bir şəkildə azalması mənasına da gəlmir. Bizim
viza tələbatlarımız bütün xarici, əcnəbi vətəndaşları üçün eynidir. Amma
bir daha vurğulamaq istəyirəm ki, bu, heç bir halda bizim ölkənin həmin
quruma qarşı siyasətində hər hansı bir dəyişiklik mənasını vermir və
bizim ölkənin həmin qurumu tanıması demək deyil. 


Aydındır, başa düşdüm. Amma elə vizaların verilməsi ilə bağlı Siz
deyirsiniz ki, bütün müraciət edən əcnəbi vətəndaşlar üçün standart
eynidir. Amma Krım məsələsində Rusiyanın bir sıra məsul şəxslərinin
adları arzuolunmaz adamlar siyahısına salındı və onların ABŞ-a daxil
olması, demək olar ki, qeyri-mümkün edildi. Amma Dağlıq Qarabağ və
Ermənistan insanlarına qarşı belə bir yanaşma görmədik. Sizin dediyiniz
fikri dəqiqləşdirmək üçün bu sualı verirəm? 

Mən Sizin məni öz sualarınızla, əlavə fikirlərinizlə məni müqayisəyə
çəkmək cəhdinizi təqdir edirəm, məhz cəhdinizi (gülür – red.), amma yenə
öz cavablarımda qalırım. 
– Onda təkrar
eləməsin, anladıq. Nəhayət keçirik Sizin Azərbaycanda olduğunuz müddətin
qiymətləndirilməsi barədə təəssüratlarımıza. Müddət başa çatır, Siz
Azərbaycanda daha bir ay yarım – iki ay qalacaqsınız və ölkəmizi tərk
edəcəksiniz. Bu müddət ərzində fəaliyyətinizdən və gördüyünüz işlərdən
razı qaldınızmı və nə qədər razı qaldınız? 

Mən burda olduğum müddətdə öz fəaliyyətimindən çox razıyam. Bilirəm ki,
kifayətr qədər işlər görə bilmişik. Bu müddət ərzində biz təhlükəsizlik
sahəsində əməkdaşlığımızı gücləndirmişik. Biz dəfələrlə, dönə-dönə, hər
fürsətdə demişik ki, Azərbaycanın öz ərazisindən Əfqanıstana və oradan
geri yüklərin daşınmasında göstərdiyi və töhfəyə görə, Azərbaycan
əskərlərinin Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələri ilə
çiyin-çiyinə fəaliyyətinə görə, bundan əlavə beynəlxalq qüvvələrin
oradan çıxmasından sonra da Azərbaycanın Əfqanıstana yardım göstərilməsi
üzrə üzərinə götürdüyü öhdəliklərə görə öz təşəkkür və
minnətdarlığımızı bildiririk. Biz təhlükəsizlik və terrorizmlə mübarizə
sahəsində çox sıx əməkdaşlıq etməkdə davam edirik. Dağlıq Qarabağ
məsələsinə gəldikdə mən yenə əvvəlki kimi öz fikrimdə qalıram ki, Dağlıq
Qarabağ məsələsini sülh yolu ildə nizamlanmasında son dövrlərə bizim
fəaliyyətimiz artıb. Biz iqtisadiyyat sahələrində, iqtisadiyyatın enerji
sahəsində çox sıx əməkdaşlıq eləmişik. İqtisadiyyatın şaxələndirilməsi
ilə bağlı digər sahələrədə də böyük irəliləyiş əldə etmişik. Keçən ilin
dekabr ayında “Şahdəniz – 2” layihəsi ilə bağlı yeni investisiya
qərarının qəbul edilməsi üzrə biz çox sıx əməkdaşlıq etmişik, birgə
işləmişik. Bundan əlavə olaraq 10-12 sahənin adını çəkə bilərəm ki,
orada sıx əməkdaşılıq etmişik. Demokratiya və insan haqları ilə bağlı
məsələlərdə də irəliləyiş əldə edilib. İnsan alveri ilə bağlı sahədə də
müəyyən qədər irəliləyişlərə nail olmuşuq. Fikir ayrılıqlarına
baxmayaraq bütün bu məsələlər barədə ölkələrimiz arasında çox sağlam və
vacib müzakirələr aparılır. Mən çox güclü şəkildə inanıram ki,
tərəfdaşlar arasında fikir ayrılığına rəğmən açıq müzakirələr və fikir
mübadiləsi olmalıdır. Demokratiya və insan haqları sahəsində fundamental
məsələlərə məhz bu prizmadan yanaşıram. Mən yalnız gələcəyə doğru
baxdıqda Azərbaycanın gələcək inkişafını və tərəqqisini görürəm. Mənim
burada ümumi fəaliyyətimlə bağlı, səyahət etdiyim müxtəlif bölgələrlə
bağlı, orada insanların mənə və həyat yoldaşıma qarşı çox istiqanlı və
insanpərvər münasibəti ilə əlaqədar olaraq təəssüratlarım və hisslərim
var. Bildiyiniz kimi, mən həmişə nə hiss edirəmsə onu da deyirəm. 

Bəs “Transxəzər” layihəsi ilə bağlı hansısa bir irəliləyişə nail
olundumu? Türkmənistanın mövqeyini yaxınlaşdırmaq istiqamətində, Siz, bu
barədə bizə pozitiv nəsə bir şey deyə bilərsinizmi? Mənə elə gəlir ki,
Qərb bu layihədə daha aktiv olmalı idi. 

Onu qeyd etmək istəyirəm ki, biz hələ də “Transxəzər” layihəsini güclü
şəkildə dəstəkləyirik. Burada müəyyən həvəs doğuracaq amillər var. Son
dövrlərdə Türkmənistanla Azərbaycan arasında təmasların artması, həmin
prosesə Türkiyənin cəlb olunması məni ruhlandırır. Hesab edirəm ki,
“Transxəzər” kəməri ilə bağlı məsələlər Azərbaycan, Türkmənistan və
xüsusilə qazın alıcısı olacaq Avropa Birliyi arasında danışıqlar
vasitəsi ilə həll edilməlidir. Aydındır ki, Türkiyə və Gürcüstan kimi
ölkələrdə prosesə cəlb olunmalıdır. Nə baş verəcəyini yaşayıb görəcəyik.
Hesab edirəm ki, “Şahdəniz 2” ilə bağlı ilkin investisiya qərarının
verilməsi və cənub qaz dəhlizinin gerçəkləşdirilməsi, digər əlaqədar
tərəfləri, o cümlədən Türkmənistanı prosesdə iştiraka həvəsləndirəcək.
Amma bunun üçün yenə də xeyli iş görülməli olacaq. 
– Təşəkkür edirəm cənab səfir, studiyamıza gəlib, mənə elə gəlir ki, o qədər də sadə olmayan suallarımıza cavab verdiniz. 

Mən də razıyam ki, suallar o qədər də sadə deyildi. Mir Şahin bəy, Sizə
də təşükkür edirəm. Hər dəfə Sizinlə görüşmək və suallarınıza cavab
vermək xoşdur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16301

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30