Cəmil Həsənliyə "aktual" media təxribatı
“Mən həmin müsahibədə demişəm ki, sənət adamının vətəndaş mövqeyi bildirməsi üçün imkanları başqalarından daha çoxdur”
Milli Şuranın sədri Cəmil Həsənlinin aktual.az saytına verdiyi
açıqlamada onun adından belə bir fikir verilib: “Söz, sənət, ədəbiyyat
adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil”. Bu fikir Cəmil
Həsənlini hədəfə gətirib. Sosial şəbəkələrdə Milli Şura sədri tənqid
atəşinə tutulub. Lakin sonradan bəlli olub ki, Cəmil Həsənli belə fikir
səsləndirməyib. Bu barədə “Azadlıq”ın köşə yazarı Şahvələd Çobanoğlu
facebook səhifəsində yazıb. Onun yazdığını olduğu kimi təqdim edirik:
“Cəmil Həsənliyə zəng etdim. Bildirdim: “Söz, sənət, ədəbiyyat adamından
vətəndaş mövqeyi gözləmək düzgün deyil” fikrinə görə kim məni
qınayıbsa, onları gözəl başa düşürəm. Hamısına salamlarımı çatdırıram.
Əslində, belə fikrə mən də etiraz edərdim. Mənə telefonla zəng etmişdi
bir jurnalist və fikirlərimi səhv salıb. Necə olduğunu, niyə olduğunu
bilmirəm. Mən elə bir sözü necə deyə bilərəm? Mən demişəm ki, bu gündə
olan ölkənin ziyalısı kəfən geyməlidir. Bunu hamınız eşitmisiniz. Mən
həmin müsahibədə demişəm ki, sənət adamının vətəndaş mövqeyi bildirməsi
üçün imkanları başqalarından daha çoxdur. Vətəndaş necə vətəndaş mövqeyi
bildirməyə bilər? Sənət adamı da vətəndaşdır. Üstəlik, bir daha
deyirəm, bu işi görməkdə sənət adamının imkanı daha çoxdur və hətta
məsuliyyəti də çoxdur. Hər cür tənqidinizə açığam, amma məcbur oldum
izah verim ki, mənim gerçək fikrim necədir…”
Short URL: http://www.cumhuriyyet.net/?p=16303