"Hafka"nın futbolçularının pulu "Bank Of Azerbaijan"da yoxa çıxıb
xəbərlər gəlməkdə davam edir. Aylardı futbolçuların maaşını, təlim-məşq
bazasının kommunal xərclərini ödəyə bilməyən klubda daha ciddi
problemlər var. Belə ki, “Bakı”nın bəzi futbolçuları yaxınlarda şok
xəbərə üzülüb. Klubla müqavilə bağlayarkən 400 min dollarını “Bank Of
Azerbaijan” bankına əmanət edən Əfran İsmayılov bu günlərdə hesabında
qara qəpiyin də olmadığını bilib. Publika.az xəbər veriri ki, bu barədə
məlumatı futbolinfo.az saytı yayıb.
Publika.az məsələ ilə bağlı araşdırma
apararkən “Bakı”nın daha bir futbolçusu – Elvin Əliyevin də eyni
aqibətlə üzləşdiyini müəyyənləşdirdi. Elvin Əliyevin banka depozit kimi
yerləşdirdiyi 350 min dolları yoxa çıxıb.
Qeyd edək ki, Elvin Əliyev Hafiz Məmmədovun qudası, “Nurgün Motors”
şirkətlər qrupunun sahibi Nuru Əliyevin komandasında – “Rəvan”da idman
direktoru vəzifəsində çalışan Füzuli Əliyevin oğludur.
Futbolçular vəsaitlərini banka depozit
kimi qoymaqla əlavə faiz qazanmaq istəsələr də, əllərindəkini də
itiriblər. Onlar bunun səbəbini araşdırarkən bəlli olub ki, klubdan
futbolçuların adına kredit götürülüb. Krediti isə depozit kimi qoyulmuş
vəsaitdən çıxıblar. Konkretləşdirsək, sabiq “Texnikabank”ın
filiallarında baş verən kredit oyunu burada da təkrarlanıb. Depozit
yerləşdirən şəxsin adına kredit xətti açılıb. Xüsusilə bankın əlində
sənədlər olduqda bu prosedur çox asan həyata keçirildiyindən “kərə
yağından tük çəkirlər” kimi idmançıların hesabları sıfırlandırılıb.
Bu arada futbolçuların bankdakı
pullarının məbləğinin 100 min manatdan yuxarı olması da maxinasiyaya
geniş imkan yaradıb. Çünki Əmanətlərin Sığortalanması Fondu 30 min
manata qədər yerləşdirilən əmanətləri sığortalayır. Ondan yuxari məbləğ
artıq Allahın ümidinə buraxılır.
İndi futbolçular kimə müraciət
edəcəklərini bilmirlər. Əldə etdiyimiz məlumata görə, vəsiti yoxa çıxan
futbolçular “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşmək istəsələr də,
buna nail ola bilməyiblər. Aldığımız ən son məlumata görə, 400 min
dollarının bankda yoxa çıxmasından sonra çətin duruma düşən Əfran
İsmayılov bahalı maşınını satmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “Bank Of Azerbaijan”ın
Müşahidə Şurasının sədri Hafiz Məmmədov olub. “Hafka” ləqəbli iş
adamının müflis olması ilə bağlı xəbərlər yayılandan sonra onu bu
vəzifədə Mehman İsmayılov əvəzləyib. Məsələni diqqətdə saxlayacağıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=16311