"Azərsu" fındığa görə 150 min manat cərimə ödəyəcək

09.06.2014 - 20:44

Yasamal Rayon Məhkəməsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətini cərimələyib.

Bu barədə virtualaz.org saytına vəkil Azər Quliyev məlumat verib. 
Vəkilin
sözlərinə görə, Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın
sədrliyi ilə “Azərsu” ASC-yə qarşı “mülkiyyətin dövlət ehtiyacları üçün
özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin
əvəzinin ödənilməsi barədə” iddiaya baxılıb.

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı torpaq
mülkiyyətçisinin 42 sot torpaq sahəsinə, 80 top fındıq ağacına və 7 il
əldən çıxmış gəlirə görə ziyanı hesablanaraq kompensasiya ödənilməsi
barədə qətnamə qəbul edilib.

Bundan əlavə, digər məhkəmə qərarı ilə “Azərsu” ASC cərimələnib. ASC
53 sot torpaq sahəsinə, 80 top fındıq ağacına və 7 il əldən çıxmış
gəlirə görə kompensasiya ödəyəcək. Beləliklə də “Azərsu” iddiaçılara 150
min manatdan artıq vəsait ödəməli olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=16318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31