Vasif Talıbovun "çanta əməliyyatı"
Məmurlarımız Avropanı para ilə
“fəth edir”
Naxçıvan Ali Məclisinin sədri adından Fransaya gedənlər bir
çanta üçün 40 min avro ödəyiblər; “Hermes” in əllə hazırlanan malları
bütün dünyada brend sayılır; bəs, timsah dərisindən hazırlanmış brilyant
çantanı kim alıb?
haqda informasiyalar medianın gündəminin əsas mövzularına çevrilib. Kimi
dəyəri milyonlarla ölçülən bahalı avtomobillərini, kimi yaxtasını, kimi
isə Avropa restoranlarında içdikləri şampan-şərabları reklam edirlər.
Amma bu siyahının hamısı deyil…
adamının aldığı qadın çantasına görə İstanbulun Sabiha Gökçən Hava
Limanında 15 min lirə, təxminən 7500 manat tax-free aldığı barədə xəbər
dərc edilmişdi. Xəbərdə o da deyilirdi ki, məmurun yaxın adamı həmin
çantaya 80 min türk lirəsi, (o zamankı kursla təxminən 35 min manat)
ödəyibmiş.
çanta aldırtdırıb. Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə,
V. Talıbov bunun üçün Fransaya dörd nəfər yaxın adamını göndərib.
Naxçıvandan gələnlər dünyada qadın əl çantasının ən brend istehsalçısı
olan “Hermes” firmasına müraciət ediblər. Qaynağımız deyib ki, əl işi
olan bu bahalı çantaları, sadəcə, “Hermes”in butikinə daxil olmaqla
almaq mümkün deyil. “Çünki bu firmanın çantalarını əvvəlcədən sifariş
vermək və növbəyə yazılmaq lazımdır” deyən, Avropadakı mənbəmiz
V.Talıbovun göndərdiyi adamların sonda firma ilə anlaşdıqlarını
bildirib. Mənbənin iddiasına görə, “Hermes” yönətimi təklif edib ki,
anlaşma üçün onlar firmadan başqa mallar da (“Hermes” çantalardan əlavə
digər aksessuarlar, məsələn, bahalı dəridən hazırlanmış pul kisəsi,
ətirlər də satırlar) alsınlar. Bunun üçün onlar mağazadan daha 30 min
avroluq alış-veriş ediblər. Alınan çantanın qiyməti isə təxminən 10 min
avro olub.
“Hermes” firması ilk dövrlərdə zəngin ailələr üçün bahalı aksessuarlar
istehsal edib. Terri Hermesin vəfatından sonra isə ailə biznesinə
çevrilən firma təxminən 1920-ci illərdə qadın çantaları işinə girişib. O
zamandan bu firmanın çantaları dünyanın ən zəngin qadınlarının istifadə
etdiyi brend marka hesab olunur. “Hermes”in dünyanın bir çox
ölkələrində butikləri fəaliyyət göstərir. “Hermes”in malları təkcə
Avropada deyil, Amerikada da ən mod brend firmalardan biridir. Ötən il
“Hermes” moda evinin istehsalı olan timsah dərisindən hazırlanmış, qızıl
və brilyantla bəzədilmiş qırmızı çanta ABŞ-da ən baha qiymətə – 203 min
150 dollara satılmışdı. Çantanı adının açıqlanmasını istəməyən
kolleksioner alıb. Onun ödədiyi məbləğ dünyada çanta üçün verilən ən
bahalı qiymət olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=16322