"Balıq mafiyası"nda "antiHeydərov"çuların maxinasiyaları

11.06.2014 - 01:06

Kəmaləddin Heydərovun “sən kişi adamsan” dediyi zavod direktorunu onun adı ilə neçə müflis etdilər?

Balıqçılıq təsərrüfatlarının rəhbərlərinin “anti- Heydərov koalisiyasının” arxasında kimlər dayanırdı?

Kəmaləddin Heydərovun “sən kişi adamsan” dediyi zavod direktorunu onun adı ilə neçə müflis etdilər?

 

Balıqçılıq təsərrüfatlarının rəhbərlərinin “anti- Heydərov koalisiyasının” arxasında kimlər dayanırdı?

 

 

Azərbaycanda özəlləşdirmə prosesində ciddi qanunsuzluqların
baş verdiyi, sadə vətəndaşların və iş adamlarının hüquqlarının müxtəlif
səlahiyyətli şəxslər tərəfindən pozulduğu haqda çox yazılıb. Təəsüf ki,
bir çox hallarda ayrı-ayrı şəxslərin maraqlarına xidmət edən bu
qanunsuzluqların baş verməsində özəlləşdirmə prosesini həyata keçirən
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) vəzifəli şəxsləri də iştirak
edir. Məhz buna görə də, özəlləşdirmədəki qanunsuzluqlarla bağlı
məhkəmələrə, ölkə rəhbərliyinə, hətta beynəlxalq təşkilatlara müraciət
edən insanların sayı kifayət qədər çoxdur. Ancaq ortaya çıxan
məlumatlar, faktlar göstərir ki, Komitə rəhbərliyini özəlləşdirmədə
vətəndaşlara, iş adamlarına yaradılan probləmlər, bu səbəbdən dövlətin
imicinin zədələnməsi deyil, öz şəxsi maraqlarını necə təmin etmək
düşündürür. Və bu zaman onlar nəinki qanunları pozmaqdan çıkinmirlər,
hətta öz maraqlaını təmin etmək naminə ayrı-ayrı yüksək vəzifəli
şəxslərini adı ilə insanları qorxutmağı belə sınaqdan keçirirlər. Hətta
bu yolla bir çox hallarda da istəklərinə nail olurlar. Belə ki, Əmlak
Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsi hansısa iş adamına,
kollektivə deyəndə ki, “boşuna çabalama, sizin obyektinizi filan nazir
özəlləşdirir”, istər-istəməz onların əlləri boşalır, müqavimət göstərə
bilmirlər. Bu da imkan verir ki, ƏMDK həmin obyekti istədyi adama,
istədiyi qiymətə satsın…

1emlakkkkElə
bu yazını hazırlamağımızın bir növ səbəbkarı olan Güləhməd Güləhmədovun
başına gətirilənlər də ƏMDK rəhbərliyinin bu məsələlərdə nə qədər
“mahir siyasət” yürütdüyünü ortaya çıxarır.
Qısası, bu yazıda ƏMDK-nın sədri Kərəm Həsənov və onun müavini
Rüstəm Şahbazovun ölkənin strateji bölgəsində yerləşən zavodu və onun
100-lərlə hektar ərazisini ermənilərlə bağlılığına dair ciddi iddialar olan bir xarici iş adamına
satmaq üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından neçə istifadə etdiklərindən bəhs edəcəyik…

“Xudat Balıq” ASC-nin özəlləşdirilməsi uzun müddət dondurulur

gulmemmedAncaq bu haqda danışmazdan öncə qeyd edək ki, milliyətcə azərbaycanlı olan Güləhməd Güləhmədov Dərbənddə
anadan olub, SSRİ dağılana qədər də Moskvada müxtəlif vəzifələrdə
işləyib. Ağır günlərdə vətəndə olmağı üstün tutan G.Güləhmədov 1990-cı
ildə Rusiyadaki bütün əmlakını sataraq Azərbaycana dönür. Burada
müxtəlif işlərdə çalışır, biznes fəaliyyətilə məşğul olmağa başlayır.
1999-cu ildə isə “Xudat Balıq” Kombinatına direktor təyin edilən
Güləhməd Güləhmədovun sözlərinə görə, o vaxt böyük layihələri olub: “Gələcəyə
ümidlə baxdığımdan, ümumlli lider Heydər Əliyev tərəfindən əsası
qoyulan iqtisadi inkişafa mən də öz tövhəmi vermək istəyirdim…”

Ancaq çox keçmir ki, G.Güləhmədova nəinki böyük, hətta kiçik
layihələr belə həyata keçirməyə imkan verilməyəcəyi məlum olur. Belə ki,
“Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin II
Dövlət Proqramı” çərçəvəsində “Xudat Balıq” Kombinatı səhmdar cəmiyyətə
çevrilərək özəlləşdirməyə açıq elan olunur. Qanunvericiliyə, o cümlədən
mərhum Prezident Heydər Əliyevin o zaman verdiyi fərmanlara əsasən,
dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar
cəmiyyətlərin səhmləri ilk növbədə əmək kollektivinə təklif olunur.
Yalnız onlar almadığı və ya digərlərinə nisbətən çox aşağı təkliflə
çıxış etdikləri halda, səhmlərin müəyyən hissəsinin kənar şəxslərə
satılmasına icazə verilirdi.
Məhz buna görə də, G.Güləhmədovun təşəbbüsü ilə, Kombinatın kollektivi
öz hüquqlarından yararlanaraq, 2001-ci ildə “Xudat Balıq” Açıq Səhmdar
Cəmiyyətinin (ASC) səhmlərinin 100 faizinə sahib çıxmağa qərar verir. Bu
məqsədlə də o zaman İqtisadi İnkişaf Nazirliyinin nəzdnində olan Dövlət
Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbəri Kərəm Həsənova və
onun I müavini Rüstəm Şahbazova müraciət olunur. Və prosesə start
verilir…
1 herrac2001-ci
ildə ASC-lərin özəlləşdirilməsinin birinci mərhələsinə uyğun olaraq,
kollektivə satılmalı olan 15 faizlik güzəştli hissə özəlləşməyə
çıxarılır. Yaradılan maneələrə baxmayaraq, kollektivin əksər üzvləri
prosesə qatılaraq 15 faizlik güzəştli hissənin 13,2 faizini əldə edir.

Məlum olduğu kimi, II mərhələdə qanunvericiliyə uyğun olaraq, Səhmdar Cəmiyyətin 55 faiz səhmləri çek hərracına çıxarılmalıdır. Ancaq
heç bir səbəb köstərilmədən “Xudat Balıq” ASC-nin özəlləşməsi yenidən
dondurulur. ASC-nin sədri G.Güləhmədovun dəfələrlə müraciət etməsinə
baxmayaraq, bir ildən artıq müddətdə prosesin uzadılmasının səbəbi
açıqlanmır.
Çek hərracı keçirilməməsi bir tərəfdən kollektivin
öz vəsaitini səhm alışına yönəltməyə imkan vermirsə, digər tərəfdən də
qeyri-müəyyənlik olduğundan müəssisənin inkişafının qarşısında maneəyə
çevrilir. Ancaq buna baxmayaraq kollektiv müəssisəni qoruyub saxlaya
bilir.

Kərəm Həsənov və Rüstəm Şahbazov çek hərracını gizli keçirməyə cəhd edirlər

1keremBelə olduqda, G.Güləhmədovun sözlərinə görə, Kərəm Həsənov müavini Rüstəm Şahbazova “Xudat Balıq” ASC-nin kollektivindən xəbərsiz
çek hərracı keçirməyi tapşırır. Ancaq G.Güləhmədov “əmlakdakı”
dostlarının vasitəsilə budan xəbər tutur. Və Rüstəm Şahbazova
narazılığını bildirir. O da məsələnin üstünün açıldığını
görərək, “Xudat Balıq” ASC-nin kollektivinin də ümümu qaydada cek
hərracında iştirak edə biləcəyini söyləyir. Ancaq prosesin gizli
aparılması cəhdi və cənab Şahbazovun fikirləri göstərir ki, Əmlak
Komitəsinin rəhbərliyi “Xudat Balıq” ASC-nin kollektivini, o cümlədən
G.Güləhmədovu özəlləşdirmədən kənarda saxlamaq istəyir. Bunu əvvəlcədən
görən G.Güləhmədov kollektivin iştirakı ilə “Xudat Balıq” ASC-nin 55
faiz səhmlərini özəlləşdirmək üçün lazım olan miqdarda – 11054 ədəd cek
toplayır.
Nəhayət 29 avqust 2002-ci ildə cek hərracı təşkil olunur. Ancaq
gözlənildiyi kimi, G.Güləhmədov və ora gedən kollektiv üzvləri hərracın
keçirildiyi Auksion Mərkəzinə buraxılmır.
Kollektivin ciddi
təpkisi, jurnalistlərin çağrılmasından sonra G.Güləhmədov içəri daxil
ola bilir. Və numunə əsasında sifarişini yazaraq təqdim edir. Hətta
düzgünlüyünü də yoxladır.

Auksion Mərkəzinə 11054 ədəd cek təqdim edərək hərracı udur, ancaq…

1auksionAukson Mərkəzinin əməkdaşları G.Güləhmədovun “Xudat Balıq” ASC-nin 55 faiz səhmlərini özəlləşdirmək üçün lazım olan miqdarda – 11054 ədəd çek təqdim etmək və hər çekə 4 pay istədiyini gördükdə, dərhal Rüstəm Şahbzova xəbər verirlər. Bundan sonra G.Güləhmədovu müxtəlif bəhanələrlə Auksion
Mərkəzindən çıxarmağa çalışırlar. Ancaq nail ola bilmirlər.

Saatlarla gözlədikdən sonra G.Güləhmədov zavodun 55 faiz səhmini almaq
üçün auksiona 11054 çek təqdim edir. Və təbii ki, qəbz alır (qəbzin
surəti yazıya əlavə olunur-red). Axşama qədər auksiona başqa heç bir
sifariş verilmədiyindən, Auksion Mərkəzində G.Güləhmədovu qalib gəlməsi münasibətilə təbrik də edirlər…

Bir həftə sonra cap olunan “Mülkiyyət” qəzetinin növbəti sayında
xəbər verilir ki, “Xudat Balıq” ASC-nin səhmlərinin satışı üzrə
auksionda 74 nəfər iştirak edib və hərraca çıxarılan səhmlər 11 054 çekə
satılıb. G.Güləhmədov da elə zənn edir ki, cek hərracına çıxarılan
səhmlər ona və kollektivin digər üzvlərinə satılıb.
Ancaq 2 gün sonra Rüstəm Şahbazov zəng edərək G.Güləhmədova
bildirir ki, gəlin Auksion Mərkəzinə təqdim etdiyiniz çeklərinizi
götürün, Sizin iştirakınız nəzərə alınmamışdır.
G.Güləhmədov bunun səbəbini soruşduqda isə cənab Şahbazov bildirir ki, guya sifarişi səhv yazıb. Halbuki yuxarıda qeyd etdiyimiz kimi, G.Güləhmədov sifarişi verilən
nümunə əsasında yazaraq, düzlüyünü də Auksion Mərkəzinin əməkdaşlarına
yoxlatdırıb.

Rüstəm Şahbzov zavodun direktorunu hədələyir, Fərhad Əliyev susur…

1cekG.Güləhmədov
da bunu Rüstəm Şahbazovun diqqətinə çatdıraraq çekləri geri
götürməyəcəyini, 55 faizin kollektivin qanuni haqqı olduğunu bəyan edir.
Belə olduqda Rüstəm Şahbzov başlayır G.Güləhmədova hədə-qorxu gəlməyə
ki, əgər çeklərini götürməsən, onları da itirəcəksən, üstəlik başın da
ağrıyacaq və sair.

Ancaq bu hədə-qorxulara rəğmən, G.Güləhmədov geri çəkilmir və
kollektivin haqqını tələb etməkdə davam edir. Şahbazovun hədələrindən
sonra sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə, keçmiş Dövlət
Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbəri Kərəm Həsənova
müraciət edərək, “Xudat Balıq” ASC-nin özəlləşdirilməsi prosesində baş
verən qanunsuzluqlar barədə onları məlumatlandırır. Onlardan bu
özbaşnalığa son qoymağı tələb edir. Ancaq nə o vaxt sözdə
sahibkarların müdafiəçisi kimi çxış edən Fərhad Əliyev, nə də onun kadrı
olan Kərəm Həsənov bu müraciətə cavab vermir. Əvəzində Auksion
Mərkəzindən G.Güləhmədova məktub göndərilir ki, “sizin sifarişiniz qəbul
olunmadığından, gəlib çeklərinizi götürə bilərsiniz”.

Ancaq G.Güləhmədov qanunla 55 faizin ona və kollektivin digər
üzvlərinə verilməli olduğunu bildiyindən çekləri götürmür. Elə başda
keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbərliyi
olmaqla, “Xudat Balıq” ASC-ni ələ keçirmək istəyənlər də, 55 faizin
qanunla G.Güləhmədov və kollektivin haqqı olduğunu bildiyindən, prosesi
yekunlaşdıra bilmirlər. Nə 55 faizin “sahibini” açıqlaya bilirlər, nə də III mərhələyə start verərək, qalan 30 faizi pullu hərraca çıxara bilirlər.

Rüstəm Şahbzov məsələnin arxasında Kəmaləddin Heydərovun dayandığını deyir

1rustemTəxminən
2 il – 2004-cü ilin əvvəlinə qədər belə davam edir. G.Güləhmədovun
qanuni haqlarından geri çəkilmədiyini görən “Xudat Balıq” ASC-ni ələ
keçirmək istəyən dairələr Rüstəm Şahbazov
a
onunla danışaraq məsələni yoluna qoymağı tapşırırlar. Cünki
G.Güləhmədovun ölkə rəhbərliynə, müxtəlif dövlət qurumlarına ünvanladığı
məktublar onları narahat etməyə başlayır.
Məh buna görə də, Rüstəm Şahbazov G.Güləhmədovu danışığa dəvət edərək,
bildirir ki, o, bu məslədə heç bir səlahiyyət sahibi deyil. Və ondan
xahiş edir ki, bu məsələ ilə bağlı ölkə rəhbərliynə, müxtəlif dövlət
qurumlarına müraciət etməyi dayandırsın. Əlavə edir ki, onsuz da bu
müraciətlər problemi həll etməyəcək. G.Güləhmədovun sözlərinə görə,
bunun səbəbini soruşduqda Rüstəm Şahbazov deyir ki, məsələnin arxasında o vaxt Gömrük Komitəsinin sədri işləyən Kəmaləddin Heydərov dayanır. Açıq çəkildə bildirir ki, “Xudat Balıq” ASC-lə bağlı bütün proses
Kəmaləddin Heydərovun istəyi əsasında həyata keçirilib və onun tapşırığı
olmadan heç nə edə bilməzlər. G.Güləhmədov bunu əvvəlcədən niyə
demədiyini soruşduqda isə, Şahbazov “yuxarıların” belə istədiyini, indi
məcbur olub açıqladığını iddia edir.

Qeyd edək ki, G.Güləhmədov Şahbazovun “Xudat Balıq” ASC-nin ona
məxsus qanuni səhm paketini əlindən almaq üçün Kəmaləddin Heydərovun
adından istifadə edildiyindən gec də olsa xəbər tutur. Ancaq bu sonralar
olur. İlkin dövrlərdə isə məsələnin arxasında Heydərovun dayanmasının
iddia olunması onun bir qədər geri çəkilməsinə səbəb olur. Daha dəqiqi,
ona və kollektivə çatmalı olan 55 faizi almaq üçün apardığı mücadiləyə
ara verməli olur. Ancaq həmin paydan imtina etmir və çeklərini geri
götürmür.

Balıqçılıq təsərrüffatlarının rəhbərləri Heydərovun əleyhinə birləşdirilir

0kam-fer2004-cü ilin ortalarından isə proseslər birdən-birə dəyişir. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Kəmaləddin Heydərovla münasibətlərinin gərginləşməsi özünü burda da göstərir. Onun birbaşa tapşırığı ilə keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi
Departamentinin rəhbərliyi (indi onlar ƏMDK-nın başındadırlar-red.)
balıqçılıq təsərrüffatlarının Kəmaləddin Heydərova qarşı, sözün həqiqi
mənasında, üsyanını təşkil edirlər. Bu üsyanın başında bəzi
iddialara görə Kərəm Həsənov və Rüstəm Şahbazov şəxsən dayanırlar. Məhz
onların təşkilatçılığı ilə müxtəlf rayonlarda olan balıqçılıq
təsərrüfatlarının rəhbərlərinin Bakıda birləşərək Kəmaləddin Heydərovun
əleyhinə bəyanatlar verdiyi, mətbuat konfransları keçirdiyi iddia
olunur. Onların dili ilə Kəmaləddin Heydərovun Azərbaycanda balıqçılıq
sektorunu tam ələ keçirmək üçün kriminal ünsürlərlə əlaqəyə girdiyi, iş
adamlarının əmlakını zorla əllərindən aldığı fikri ictimai rəyə
yeridilir və sair…

Balıqçılıq təsərrüfatlarının rəhbərlərinin “anti-Heydərov
koalisiyasının” arxasında özəlləşdirməni həyata keçirən şəxslərin
dayanmasını bir fakt da sübut edir. Belə ki, həmin dövrdə balıqçıların
“anti-Heydərov koalisiyasının” başında rəsmi olaraq Lənkəranda balıq
zavodunda müəyyən paya malik olan Aydın adında şəxs durur. Hamı onu
Kərəm Həsənovun yaxın adamlarından biri kimi tanıyır.
Aydın isə Əmlak Komitəsinin adından G.Güləhmədova bildirir ki,
əgər balıqçıların “anti-Heydərov koalisiyasına” qoşularsa, zavodu tam
şəkildə öz adına özəlləşdirə bilər…

Hamı Heydərovu, “Xudat Balıq” ASC-nin direktoru isə “əmlakın” rəhbərliyini ittiham edir

kemaleddin-heyderov-foto-esasAncaq
G.Güləhmədov bununla razılaşmır. O, “Xudat Balıq” ASC-lə bağlı
Kəmaləddin Heydərovun nə özünün, nə də yaxınlarının ona heç bir tələb
irəli sürmədiyini, problemi Əmlak Komitəsinin yaratdığını bildirir
.
Bu da təbii ki, bu işi təşkil edənlərin xoşuna gəlmir. Onlar
balıqçıların “anti- Heydərov koalisiyasına” qoşulan müxtəlif zavod
direktorları vasitəsilə G.Güləhmədovdan da K.Heydərovun əleyhinə
bəyanatlar almaq istəyirlər. Aydınla yanaşı, o vaxt Mingəçevir balıq
zavodunun Ramiz adlı rəhbəri də bu işdə xüsusi fəallıq göstərir.

2004-cü ilin oktyabr və ya noyabr ayında balıqçılıq
təsərrüfatlarının rəhbərlərinin “anti-Heydərov koalisiyasının” növbəti
mətbuat konfransı təşkil edilir. Və israrla G.Güləhmədovu da orda
iştiraka dəvət edirlər. Açıq şəkildə deyirlər ki, çıxıb K.Heydərovu
ittiham etsəniz, qanuni haqqınız olan zavod sizə qaytarılacaq…

G.Güləhmədov da həmin tədbirə qatılır. Telekanalların da çəkiliş
apardığı tədbirdə iştirakçıların əksəriyyəti “yuxarıdan” verilən
təlimata əsasən, Kəmaləddin Heydərovu balıq sənayesini iflic vəziyyətə
salmaqda, sahəni inhisara götürmək cəhdində, balıqçılıq təsərrüfatlarını
zorla ələ keçirməkdə ittiham edirlər.

Söz G.Güləhmədova verildikdə isə o, Kəmaləddin Heydərovu
tanımadığını və heç bir təzyiqi ilə üzləşmədiyini, “Xudat Balıq” ASC-lə
bağlı problemlərin arxasına İqtisadi İnkişaf Nazirliyinin Dövlət
Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbər şəxslərinin
dayandığını bəyan edir. G.Güləhmədovun təlimata uyğun danışmadığını
görənlər onun çıxışını yarımçıq kəsirlər.

Tədbirdən sonra Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində
olan G.Güləhmədova Rüstəm Şahbazov bu dəfə daha açıq şəkildə bildirir
ki, məsələnin arxasında Kəmaləddin Heydərov dayanır, get problemini onunla həll et.

Kəmaləddin Heydərov zavod direktoruna “get müəssisənə sahib çıx” deyir

1KAMALG.Güləhmədov
da səhəri gün Dövlət Gömrük Komitəsinə gedib Kəmaləddin Heydərovun
qəbuluna yazılır, öz əlaqə nömrələrini qoyur. Üstündən iki gün keçdikdən
sonra Heydərovun köməkçisi G.Güləhmədova zəng edərək onu Kəmaləddin
müəllimin qəbuluna çağırır.

Beləliklə, G.Güləhmədov Kəmaləddin Heydərovla görüşür. Görüş zamanı
məlum olur ki, AzTV balıqçıların “anti-Heydərov koalisiyasının”
keçirdiyi tədbirdə apardığı çəkilişin video-lentini K.Heydərova təqdim
edib. O da həmin çəkilişə baxarkən yalnız G.Güləhmədovun onun əleyhinə
danışmadığını, həqiqəti bəyan etdiyini görür.

Buna görə də Kəmaləddin Heydərov görüş zamanı G.Güləhmədova təşəkkür edir, “sən kişi adamsan, sifarişlə deyil, həqiqəti danışdın” deyir. Sonra qəbula yazılmasının səbəbi ilə maraqlanır. G.Güləhmədov da baş verən bütün prosesi ona danışır.
Güləhmədovun sözlərinə görə, K.Heydərov onu dinlədikdən sonra bildirir
ki, deyilənlər yalandır, o heç vaxt “Xudat Balıq” ASC-lə maraqlanmayıb: “Dedi
ki, balıçılıq sahəsində biz öz müəssisələrimizi yaratmışıq, qanuni
yolla bizə lazım olan bəzi müəssisələrin səhmlərini əldə etmişik. Ancaq
nə “Xudat Balıq” ASC-lə maraqlanmışıq, nə də bizə təklif olunub. Ona
görə də bu məsələdə mənim adımın hallandırılması doğru deyil. Get
müəssisənə sahib çıx.”

Əhəd Pur adlı iş adamının “Xudat Balıq” ASC-lə maraqlandığı məlum olur

bal;qG.Güləhmədovun
sözlərinə görə, K. Heydərov həmçinin onu da qeyd edir ki, bəzi
balıqçılıq müəssisələri, o cümlədən “Xudat Balıq” ASC-lə Əhəd Pur adlı
İran əsilli iş adamının maraqlanığından xəbərdardır: “Ona görə də, mənə
Əhəd Puru tapıb onunla görüşməyi məsləhət bildi. Həmçinin bir telefon
nömrəsi verib dedi ki, mənim adımdan istifadə olunmasıyla qarşılaşdıqda
və ya hər hansı sözün olarsa köməkçim Qüdrətlə əlaqə saxla.”
K. Heydərovla görüşdən ümidlə çıxan G.Güləhmədovda zavodun
özəlləşdirilməsindəki qanunsuzluqlara, nəhayət, son qoyulacağına inam
yaranır. Ancaq sən demə əsl fırıldaqlar bundan sonra olacaqmış.

İ. İsmayilbəyli
AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16328

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031