Hökumətin "sabit inflyasiya" yalanı

11.06.2014 - 20:14

Ölkədə
qiymətlər doyma həddinə gəlib çatıb

Ölkədə
qiymətlər doyma həddinə gəlib çatıb

Rəsmi
statistikaya görə, Azərbaycanda son üç ildə qiymət artımının aşağı səviyyəsi
müşahidə edilir. Rəsmilərin qənaətincə, 2014-cü ilin mayın 1-də illik
inflyasiya 1,9 faiz təşkil edib. Bu göstərici 2013-cü ildə 2,4, 2012-ci ildə
1,1 faiz olub. Statistiklərə görə, inflyasiyanın belə aşağı səviyyəsi 2003-cü
ildən sonra müşahidə edilməyib. 2009-cu ildə qlobal maliyyə böhranı ilə əlaqədar
illik inflyasiya 1,5 faizə qədər düşüb. 2010 və 2011-ci illərdə bahalaşma 5,7 və
7,9 faiz səviyyəsinə yüksəlib və sonra da zəif inflyasiya dövrü başlayıb.

Hökumət
inflyasiyanın sabitliyini özünün iqtisadi göstəriciləriylə izah etsə də, buna
mövsümlə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının ölkə bazarına girməsi də
təsir edir. Isti aylarda bu məhsulların digər ərzaq məhsullarına nisbətən böyük
üstünlük təşkil etməsi, bütövlükdə lider olması, qiymətləri sabit saxlamağa imkan
verir. Hökumət inflyasiyanın aşağı həddini nədən dizel və yanacağın qiymətini
qaldıranda elan etmədi? Bu ritorik sualın açması rəsmi çevrəyə gün kimi
aydındır. Amma bununla belə, inflyasiyanın aşağı düşməsini özünün uğuru kimi
qiymətləndirir.

Azərbaycanda
bir neçə ay müddətində müvəqqəti olaraq sabitləşmə müşahidə edildiyi üçün rəsmi
statistika belə bir bəyanatla çıxış edir. Ümumi sabitləşmə fonunda daxildə müəyyən
qalxma və enmələr müşahidə olunur. Ölkədə qiymətlər doyma həddinə gəlib çatdığı
üçün rəsmilərin diqqətini də cəlb edən məsələnin bu yönüdür. Son üdövrlərə qədər
enerji daşıyıcıları, benzin və digər dövlət rüsumlarının qiymətlərində artma
müşahidə olunurdu. Rəsmi şəkildə qiymətləri tənzimlənən məhsulların qiymətlərində
artım varsa, deməli, burada qeyri-sabitliyin olması kimi fikirlər irəli
sürülür. Ümumi şəkildə qiymətlərin vəziyyəti bazardakı tələb və təkliflə müəyyənləşdirilir.
Bazara çıxarılan məhsulların kütləsi azalanda tələb-təklif arasındakı məsafədə
də dəyişmələr olur. Qeyri-neft sektoruna daxil olan məhsulların istehsalında
yaranmış problemlər, eləcə də Azərbaycana xarici ölkələrdən gətirilmiş malların
kütləsinin azalması istər-istəməz qiymətlərdəki nisbi sabitliyə davamlı
xarakter vermək üçün əsas yaradıb. Müəyyən mənada bu da nisbi sabitlik kimi
qiymətləndirilir.

Ölkənin
qeyri-neft sektorundakı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsindəki
problemlər qalır, monopoliya tam gücüylə fəaliyyət göstərir, haqsız rəqabətin hələ
də işləyir. Bu baxımdan, həmin məsələlərin həll olunmadığı təqdirdə, qiymətlərin
uzun müddət ərzində sabitləşməsiylə bağlı söylənən fikirlər də öz təsirini itirmiş sayılır. Qiymətlərin yüksəlməsinə
təsiredici faktorlar qalırsa, istənilən vaxt həmin sabitlik pozula da bilər.

 

Rasim

Short URL: http://www.cumhuriyyet.net/?p=16331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31