"Biz Nüsrət Məmmədovu müdafiə etmirik"

11.06.2014 - 21:06

Son dövrlər Qırğızıstanda özünü diaspora
nümayənəsi kimi təqdim edən Nüsrət Məmmədov məsələsi daha qabarıq şəkildə göstərməyə
başlayıb. Bir xeyli müddətdir qarşılıqlı ittihamlarla müşahidə olunan
yazılardan da belə aydın olur ki, ortada Bişkekdə Heydər Əliyev Parkının inşa
edilməsi mövcuddur. Amma işin bu yerində iki məşhur jurnalistin üz-üzə gəlməsi
halı da mövcuddur. Daha dəqiq desək Azər Həsrət “Azadlıq” qəzetində dərc
olunan məqalələrdən sonra baş redaktor Qənimət Zahidlə bağlı bir sıra iddialar
irəli sürüb. Və Qənimət Zahiddə cumhuriyyet.az-a bununla bağlı müsahibə verib.

 


Qənimət bəy, artıq bir müddətdir Qırğızıstanda yaşayan, diaspor nümayəndəsi
kimi özünü təqdim edən Nüsrət Məmmədov məsələsi Azərbaycanda qabarmağa
başlayıb. “Azadlıq” qəzeti də bu məsələ ilə bağlı məlumatlar yayıb. Amma bu
günlərdə jurnalist Azər Həsrət qəzetiniz və sizi bir sıra məsələrdə
günahlandırıb. Nüsrət Məmmədov məsələsi nədir belə?

 

– Açığı, mən o Nüsrət Məmmədovu
tanımıram. Bu məsələ, yəni Nüsrət Məmmədov və Azərbaycanın Qırğızstandakı səfirliyi
arasındakı münaqişə mətbuatdan diqqətimizi çəkib və bu münaqişənin kökləri ilə
maraqlanmışıq. Bəllidir ki, Azərbaycan diasporu ilə səfirliklər arasında
zaman-zaman münaqişələr olur. Məsələn, iki -üç il bundan əvvəl Peterburqda da belə
bir söhbət olmuşdu. O zaman Peterburqdakı konsul Qüdsi Osmanovla diasporun
güclü nümayəndəsi olan Məmişov familiyalı biri arasında əməlli başl müharibə
gedirdi. O zaman da “Azadlıq” bu məsələ ilə bağlı materiallar dərc edirdi.

Nüsrət Məmmədov söhbəti də, təxminən
buna bənzər bir şeydir və diqqətimizi çəkdiyinə görə bu konflikt barədə yazılar
vermişik. Amma indi belə məlum olur ki, bu söhbət hansısa sirli rituallara
bağlı olduğuna görə, sanki bizim bu barədə yazmağa haqqımızın olmaması kimi bir
qənaət var bəzilərində.

 


Azər Həsrət bu məsələdə onu müdafiə etdiyiniz üçün sizə bir sıra ittihamlar irəli
sürüb. Məsələn, o iddia edir ki, “Azadlıq” qəzeti “heydərçi” Nüsrəti müdafiə
etməkdə maraq güdüb. Hətta onu Kuban Mambetaliyevlə Türk dünyası məsələsində üz-üzə
qoymaq üçün bu addımı atıb.

 

– Biz Nüsrət Məmmədovu müdafiə etmirik.
Problemi işıqlandırırıq. Problemin kökündə isə Bişkekdə açılmalı olan Heydər
Parkı dayanır. Nüsrət Məmmədov Bişkekdə 5 hektar ərazi alıb ki, orada Heydər
Parkı yaradacaq. Sonra Azərbaycan səfirliyi bu məsələyə müdaxilə edib və istəyib
ki, bu parkı Nüsrət Məmmədov yox, səfirlik açmalıdır. Məncə, burada sırf
kommersiya, hətta bir qədər də korrupsiya maraqları toqquşur. Nüsrət Məmmədov
iddia edir ki, o, bu parkı tikmək üçüm heç kimdən pul istəmir, səfirlik isə
iddia edir ki, park üçün büdcədən pul ayrılmalıdır və Nüsrət Məmmədovun bu
parkı qurmaq haqqı yoxdur. Bu, olduqca dolaşıq məsələdir ki, Heyədr Parkı
qurmaq üçün kimin haqqı var və ya kimin haqqı yoxdur. Nüsrət Məmmədovun haqqı
yoxdur deyənlər öz fikirlərini belə əsaslandırırlar ki, o, fırıldaqçıdır. Mən
onun Facebook səhifəsinə baxmışam. Orada onun Azərbaycanın dövlət və hökumət
başçıları ilə bir sürü şəkilləri var. O cümlədən, İlham Əliyevlə. Nüsrət Məmmədov
,,Tərəqqi,, medalı ilə təltif edilib və bu medalı onun yaxasına İlham Əliyev
asıb. Fırıldaqçıdır, ya yox, bunun mənə dəxli yoxdur, onunla şəkil çəkdirənlərin
və onun yaxasına medal asanların problemidir. O ki qaldı, Kuban Mambetaliyevə…
mən heç onu da tanımırdım. Azər Həsrətin Nüsrət Məmmədovun təqdimatını dələduz
kimi möhkəmləndirən yazısında belə bir ad çəkilmişdi və orada Azər Həsrət
bildirmişdi ki, bu adam Qırğızstanın Britaniyadakı səfiri olub. Belə bir adamı
tapmaq çətin deyil. Mən həmin yazını eynilə və yazının Kuban Mambetaliyevə dəxli
olan hissəsinin tərcüməsini də onun özünə yolladım və xahiş etdim ki, buna
münasibət bildirsin. Zatən, bizim ona yolladığımız sorğuda bircə sual vardı ki,
o, Azər Həsrətin təsvir etdiyi hadisəni necə xatırlayır? Kuban bəy çox ziyalı və
əfəndi bir adammış. Çox soyuqqanlı və detallı bir izahat yazdı və həmin izahatı
,,Azadlıq,,da çap elədik, vəssəlam.

 


Eyni zamanda sizin qəzeti Kuban Mambetaliyevi yanıltmaqda günahlandırib. Sizin
ona səhv suallar verdiyini deyib. Həqiqətənmi belə bir şey olub?

 

– Məncə, bu suala cavab verdim. Yeri gəlmişkən,
məni sevindirən bir fakt da var ki, Kuban Mambetaliyev “Azadlıq” qəzetini
tanıdığını, haqqında məlumatlı olduğunu və böyük sayğıyla yanaşdığını da qeyd
edib. Əslində, fakt budur ki, hörmətli Azər Həsrət Kuban Mambetaliyevi şahid gətirmək
istəyib, amma hörmətli səfir də onu təkzib edib, bildirib ki, Azər Həsrətlə
birlikdə onun iddia etdiyi yerdə onun iddia etdiyi söhbətin şahidi olmayıb, vəssəlam.

 


Bu məsələnin yenidən gündəmə gəlməsi və sizin adınızın ortaya atılması hansı məqsədi
güdür?

 

– Bilirsiniz. Mənə dəxli yoxdur Heydər
Əliyevin heykəlini Bişkekdə kim qoyacaq və ya hansı məqsədlə qoyacaq. Azər Həsrət,
əslində, bir tərəfdən düz deyir ki, Heydər işlərinə bizim qarışmaq haqqımız
yoxdur. Amma bu heykəl ətrafında beynəlxalq səviyyəli dolaşıqlığı Azərbaycan səfiri
(hörmətli Hidayət Orucov) yaradıb və görünür, Bişkekdə Heydər Əliyev parkının
yaradılması və heykəlinin qoyulması bir sıra başqalarına da “otkat” tematikası
kimi maraqlıdır. Yəni, mübahisə Heydər parkı məsələsi olmaqdan çıxır, heç də təsadüfi
olmayaraq, korrupsiya məsələsi fazasına qədəm qoyur. Yeri gəlmişkən, guya,
Bişkekdəki diaspor nümayəndələrindən biri olan Əziz adlı bir hüquqşünasın Nüsrət
Məmmədov haqqında məktub yazdığı iddiası isə sadəcə olaraq, gülüncdür. Biz
sübut etmişik ki, bu məktub həmin bu Əziz tərəfindən yox, başqa birisi tərəfindən
bir il əvvəl yazılıb və Azərbaycan medyasında da dərc edilib. Əziz müəllim isə
Azərbaycan dilində bilmir, qoca kişidir. Görünür, kiminsə Nüsrət Məmədov
haqqında bir il əvvəl hazırladığı bu məktubu ildə bir nəfərin adından mətbuata
çıxarırlar və gələn də başqa bir Əziz olmayanın adından həmin məktubu çap eləsələr
təəccüb etmərəm. Heydərizm budur və bu məktub məsələsi, də heykəl ətrafındakı
digər saxtakar oyunlar da onun mahiyyətini izah edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16332

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930