"Vicdan məhbuslarının sərbəst buraxılmasını görmək istəyirik"

12.06.2014 - 04:15

ABŞ-ın
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki
Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələrə rəhbərlik edən nüfuzlu
senator Ben Kardin dinləmələrdən sonra Amerikanın Səsinə eksklüziv
müsahibə verib. Müsahibə zamanı o, Azərbaycanda insan haqlarının
vəziyyəti və ABŞ-Azərbaycan münasibətlərinin mühümlüyündən danışıb.
Müsahibəni olduğu kimi təqdim edirik.

Amerikanın Səsi: Azərbaycanda hansı dəyişikliklərin tətbiqini görmək istərdiniz?
Senator Ben Kardin: Azərbaycan ABŞ-ın vacib strateji tərəfdaşıdır.
Biz bir çox ortaq maraqları bölüşürük. Biz sadəcə Azərbaycan xalqına
Helsinki Komissiyasının prinsiplərini göstərmək istəyirik. Komissiya 3
amillə əsaslanır. Yalnız təhlükəsizlik və iqtisadi amillə deyil, həm də
insan haqlarıyla bağlıdır. Son prezident seçkilərində beynəlxalq seçki
müşahidəçilərinin məsləhətlərinin tətbiqində irəliləyiş görmək
istəyirik. Vicdan məhbuslarının sərbəst buraxılmasını görmək istəyirik.
İnsanların fikirlərini ifadə etməsinə icazə verilməsində irəliləyiş
görmək istəyirik. Bu kimi dəyişiklikləri görmək istərdik. ABŞ üçün yox,
Azərbaycan üçün. İnsanlar bunu öz ölkələrində istəyir.
Amerikanın Səsi: Azərbaycan rəsmilərinə mesajınız nədir?
Senator Ben Kardin: Birincisi, biz dostluğmuzu yüksək
qiymətləndiririk. Bizim ortaq maraqlarımız çoxdur. Onlara
müstəqilliklərinə görə, xüsusilə də, Əfqanıstandakı yardımlarına görə
təşəkkürümüz bildiririk. Onlara Rusiyanın təcavüzünə qarşı səslərini
ucaltdıqlarına görə təşəkkür edirik. Biz tərəfdaşlığımızı
gücləndirəcəyimizə ümid edirik. 
Amerikanın Səsi: Leyla Yunusla bağlı bir neçə bəyanatla çıxış etmisiniz. Bu məsələ ilə bağlı əlavə etmək istədiyiniz nəsə varmı?
Senator Ben Kardin: Təzyiqlərə məruz qalan və ya həbs edilən bütün
məhbuslarla bağlı deyə bilərəm ki, biz bunun yanlış addım olduğunu
düşünürük. Biz onların adlarını vurğulayaraq bu hərəkətləri pisləməkdə
davam edəcəyik. Ümid edirik ki, fundamental haqqlarını tələb etdiklərinə
görə həbs edilənlər azad ediləcək. Azərbaycan müxalif fikirlərin heç
bir hədə-qorxu olmadan dinc şəkildə ifadə edilməsinə şərait yaradacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=16335

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31