"Ermənilər Azərbaycana girdi, müharibə başladı"

12.06.2014 - 12:54

Rusiya mətbuatı ermənilərin Naxçıvana hücumu barədə yazıb.

Başda “Moskovskiy Komsomolets” saytı olmaqla bir sıra Rusiya KİV-ləri
“Ermənistan Azərbaycanla müharibəyə başladı”, “Ermənistan döyüşlər
zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”, “Ermənistan elan
olunmamış müharibəyə başladı” başlıqlı məqalələr dərc edib.
Həmin xəbərlər Azərbaycan mətbuatına istinadən verilib. Bildirilir
ki, Culfa rayonunun Ləkətağ kəndinin sakini Aynur Sərkərovun verdiyi
məlumata görə, ermənilər Naxçıvana giriblər və Azərbaycan tərəfdən
itkilər var.
Hətta həmin yazılarda qeyd olunur ki, guya Azərbaycan Müdafiə
Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə bağlı heç bir məlumat vermir.
Ümumiyyətlə telefon zənglərinə cavab vermir. Təbii ki, bu
dezinformasiyadır.
Çünki elə həmin gün anspress Müdafiə Nazirliyi ilə əlaqə
saxlamışdı. Nazirlik Naxçıvanla bağlı yayılan xəbərlərə aydınlıq
gətirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, yayılan məlumatlar
şayiədir. Bu tipli xəbərlərin heç bir əsası yoxdur. Belə məlumatların
yayılması ölkədə sabitliyin pozulmasına hesablanıb.(anspress)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16337

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031