cumhuriyyet.net
Qərbin "qara siyahısı"nda olan adam Bakıda • Cumhuriyyət
Rusiya baş nazirinin müavini, Qərbin “qara siyahısı”nda olan Dmitri Roqozin Bakıda səfərdədir. Roqozin prezident İlham Əliyevlə görüşüb. Bu barədə prezidentin saytı məlumat yayıb. Dmitry Rogozin Krımın ilhaqından sonra ABŞ və Avropa Birliyinin “qara siyahı”sına salınan Rusiya siyasətçilərindən biridir. O, Qərb əleyhinə bəyanatları ilə tanınır. Onun Qərb banklarındakı hesabları dondurulub, səfərlərinə qadağa qoyulub.
nesimi