Binəqədidə "yaşıl soyqırım"

20.06.2014 - 13:21
Xaləddin İsgəndərov niyə Elton Məmmədovun adamını dayandıra bilmir?

 
Bir qrup Binəqədi rayon sakini prezident İlham Əliyevə  müraciət ünvanlayıb.

Binəqədi rayonunun Naxçıvanski küçəsində, ev 24. 25. 25a. 26. 26a.
27. 28. 29 saylı binalarda yaşayan sakinlərin przident İlham Əliyevə
etdikləri şikayətdə bildirilir ki, ölkə prezidenti dəfələrlə Bakı
şəhərinjə ağacların qırılmasının qarşısının alınmasını icra
başçılarından tələb etsə də, bəzi icra başçıları və məmurlar hələ də
prezidentin tapşırıq və tələblərini eşitməməzlikdən gəlirlər.
Şikayətçilər bildirir ki, Bakı şəhərində yaşıllığın inkişafına dair
Dövlət proqramına zidd olaraq Binəqədi rayon icra başçısı Xaləddin
İsgəndərovun dəstəyi ilə Binəqədi qəsəbə icra nümayəndəsi İbad İbrahimov
Naxçıvanski küçəsi ev 24. 25. 25a. 26. 26a. 27. 28. 29 saylı binalardan
ailələrin müştərək istifadə etdiyi, ərazisi 700-800 kvm olan parkı
dağıdaraq və ağacları  kəsdirərək özəlləşdirib.
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton
Məmmədovun yaxın adamı, əvvəllər qatar bələdçisi olan, daha sonra Elton
Məmmədovun hamiliyi ilə “JEK” müdiri bir müddət sonra isə Binəqədi
qəsəbə icra nümayndəsi olan İbad İbrahimov parkda “Qaraj” adlanan
ikimərtəbəli restoran tikdirib. Sakinlərin şikayətinə icra
hakimiyyətində cavab verən olmayıb. Elton Məmmədovun yaxın adamı olan
icra nümayəndəsi isə sakinləri hədələyib və hətta polis vasitəsi ilə
onlara təzyiqlər edib.
Prezidentə şikayət ünvanlayan sakinlər bildirir ki, əvvəllər
onların istirahət yeri olan həmin parkda gecə saat 3-ə qədər sərxoş
adamlarının səslərindən heç kim rahatlıq tapa bilmir. Üstəlik icra
nümayəndəsi hər gün 9 bina sakinini təhqir etməkdən belə çəkinmir.
Şikayətçilər prezidentə müraciətlərində bildirirlər ki, İbad
İbrahimov sanki vərəndaşla ölkə rəhbərliyi arasında bilərəkdan narazılq
yaradır.
Sakinlər bildirir ki, həmin parkda öz əlləri ilə 30-40 il
müddətində əkib böyütdükləri 80-dən artıq ağac kəsilib. Və hazırda icra
nümayəndəsi yaşıl soyqırımı davam etdirir. Çünki İbad İbrahimov
restoranını genişləndirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq (pia.az).

Short URL: http://www.cumhuriyyet.net/?p=16349

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31