"Dünyada qaçqınların sayı 50 milyonu ötüb"

20.06.2014 - 20:21

II Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə bütün dünyada
qaçqınların, sığınacaq axtaranların və məcburi köçkünlərin sayı 50
milyon nəfəri ötüb.

BMT-nin
Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu
barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) açıqladığı
hesabatda bildirilib.
Hesabatda
qeyd olunub ki, hökumətlər və tərəfdaş qeyri-hökumət təşkilatları
tərəfindən toplanmış məlumatlara və Ali Komissarlığın öz qeydlərinə
əsaslanan BMT QAK-ın Qlobal tendensiyalara dair illik məruzəsi göstərir
ki, 2013-cü ilin sonunadək 51,2 milyon nəfər didərginə çevrilib, bu isə
2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam altı milyon nəfər çoxdur.
Bu
böyük artım əsasən Suriyadakı müharibədən qaynaqlanıb, həmin müharibə
ucbatından ötən ilin sonunda 2,5 milyon nəfər qaçqına, 6,5 milyon nəfər
isə məcburi köçkünə çevrilib. Yeni didərginlik hallarının əsas hissəsi
həmçinin Afrikada, xüsusən Mərkəzi Afrika Respublikasında, habelə
2013-cü ilin sonlarına doğru Cənubi Sudanda müşahidə edilib.
“Biz
burada görürük ki, müharibələrə son qoymamaq, münaqişələri həll etməmək
və ya onların qarşısını almamaq necə baha başa gəlir”, – deyə BMT-nin
Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirib.
Ümumiyyətlə,
BMTQAK-ın himayəsi altında olan ən çox qaçqın əhali, mənşə ölkəsi üzrə
götürüldükdə, əfqanlar, suriyalılar və somalililərdir – onların birlikdə
sayı bütün dünya üzrə qaçqınların ümumi sayının yarısından çoxdur. Eyni
zamanda, Pakistan, İran və Livan digər ölkələrə nisbətən ən çox qaçqın
qəbul etmiş ölkələrdir.(cumhuriyyet.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=16356

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31