Erməni "Lamborghini" ilə Mərkəzi Univermağa girdi
Moskvada 29 yaşlı erməni “Lamborghini” avtomobili ilə Mərkəzi Univermağa girib.
Moskvada 29 yaşlı erməni “Lamborghini” avtomobili ilə Mərkəzi Univermağa girib.
Virtualaz.org xəbər verir ki, Armen Qriqoryan
adlı həmin erməni Petrovka prospekti ilə yüksək sürətlə hərəkətdə
olarkən idarəetməni itirib və sportkarı əvvəlcə trotuara, daha sonra
univermağın vitrininə çırpıb. Həmçinin qəza zamanı işıq dirəyi yıxılıb.
Sürücü xəsarət almayıb və müayinə zamanı onun sərxoş olmadığı
aşkarlanıb. Qriqoryan hadisədən bir neçə saat sonra Facebook səhifəsində
“ikinci dəfə dünyaya gəldiyini” yazıb və bu günü bayram edəcəyini
bildirib. O, Rusiya Ədliyyə Nazirliyində işlədiyini deyir.
Lakin nazirlik bu adda əməkdaşının olmadığını açıqlayıb.
Bununla belə Qriqoryanın bacısının Ədliyyə Nazirliyinin resurs təminatı
şöbəsində ekspert işlədiyi məlum olub.
Qəza ilə bağlı araşdırma aparılıb və Qriqoryanı hər hansı
inzibati məsuliyyət nəzərdə tutmayan maddə ilə təqsirli biliblər. Onun
300 min dollarlıq avtomobili isə xeyli əzilib.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=16362