Cəlilabadda "Şeyx Nəsrullah möcüzəsi"

22.06.2014 - 02:09

30
saylı TSEK-in sədri Xöşbəxt Ağayevanın bacarığı sayəsində ölülər təqaüd alır

Cəlilabad
rayonundan cumhuriyyet.az-a məktub daxil
olub. Cəlilabad rayonunda yerləşən 30 saylı Tibbi Ekspert Komissiyasında baş verən qanunsuzluqlar,
komissiyaya müraciət edən şəxslərin süründürməçiliyə salınması, hətta hansısa
marağa görə iki il bundan əvvəl vəfat etmiş şəxsə təqaüd təyin edilməsi və s. məsələlərdən danışılır.

Məktubda
deyilir: “Hörmətli redaksiya! Yazıb sizə bildirirəm ki, Cəlilabad rayonunda
yerləşən 30 saylı Tibbi-Ekspert Komissiyasının rəhbəri Xoşbəxt Ağayevanın
saxtakar əməlləri ilə bağlı dövlət orqanlarına müraciət etmişdik. Xoşbəxt
Ağayeva vəfat edən və Rusiyada olan vətəndaşların sənədlərini saxtalaşdıraraq
dövlətin pullarını mənimsəyir. TSEK rüşvət
yuvasına çevirib, X.Ağayeva bu vəzifəyə göndəriləndən sonra rayonda taslar ikiqat qalxıb. Cəlilabad
rayonu Günəşli kənd sakini İmanova Zəminə Əlgüşad qızı 2012-ci ilin iyun ayında
vəfat etmişdir. Lakin 30 saylı TSEK-in ağıllı rəhbəri Xoşbəxt Ağayeva onu
komissiyada müayinədən keçirərək xəstəliyini təsdiq etmişdir. 363 nömrəli saxta
protokol Xoşbəxt Ağayevanın imzası ilə Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad
şöbəsinə göndərilmişdir. 16.04.2014-cü ildə tərtib olunmuş həmin protokolda mərhum
Zəminə İmanovanın sıra nömrəsi 137, ona yazılmış arayışın nömrəsi isə 374
494-dür. Həmin protokolların əlimizdə olan sürətini sizə göndəririk ki,
araşdırılsın və cinayətə hüquqi qiymət verilsin. Bu işi Xoşbəxt Ağayeva rüşvət
alaraq görmüşdür.

Biz Qarabağ
müharibəsi veteranları və xəstə insanların dövlət orqanlarına bu barədə məktubundan
sonra Xoşbəxt Ağayeva bizi öz yanına çağırdı. Hamımızı ağır küçə söyüşləri ilə
təhqir etdi, tutduracağı ilə hədələdi. Dedi ki, gedin hara şikayət edirsinizsə
edin, mənim adamım var, nə yolla olursa olsun bu işi bağlatdıracağam, amma
pislik sizə qalacaq! İndi həyatımız təhlükədədir, Xoşbəxt Ağayeva
bizi şərləyərək tutdurmaq istəyir. Əsəblərimiz tamamilə tarıma çəkilib.

Xahiş edirik ki,
qəzetiniz və saytınız bu məsələniişıqlanndırın və dövlət təhlükəsizliyimizin təminatı üçün tədbirlər
görsün. Xoşbəxt Ağayevanın saxtalaşdırdığı həmin kağızların, ölmüş adamın adına
saxtalaşdırdığı dövlət sənədlərinin surətini sizə göndəririk ki, baxasınız. Bu
adam hüquq-mühafizə orqanlarına rüşvət verərək sudan quru çıxmaq istəyir. Azərbaycan
dövlətçiliyinə ləkə gətirilməsinin qarşısının alınmasını özümüz və Cəlilabadın
çoxsaylı camaatı adından sizdən xahiş edirik”

Şikayət məktubu
ilə əlaqədar cumhuriyyet.az Cəlilabad rayonunda yerləşən 30 saylı TSEK-lə də əlaqə saxladı.
Telefonumuzu Asif adlı komissiya üzvü götürdü. Biz adıçəkilən komissiyanın 2 il
bundan öncə ölmüş şəxsi yoxlamadan keçirdiyini və onun haqqında saxta protokol
tərtib edərək təqaüd alması üçün Sosial Müdafiə Fondunun yerli şöbəsinə göndərildiyini
dedikdə, Asif müəllim əvvəl duruxdu. Sonra bizim informasiyanı dəqiq bilib-bilməməyimizi
yoxlamaq üçün vəfat etmiş şəxsin adını, soyadını xəbər aldı. Faktı dəqiqləşdirdikdən
sonra bir qədər duruxub əvvəl “yanlış informasiyadır”, dedi və əlavə
etdi ki, hələ o məsələ araşdırılır.Bizim bunu “qarşı tərəfin mövqeyi kimiverə bilərikmi” sualımızın cavabında isə komissiya üzvü “mənniyə qarşı tərəf oluram, komissiyanın sədri var, rəhbəri var, qoy özü cavab versin” dedi. Komissiya sədri və digər üzvlərinə zəngimiz isə cavabsız qaldı.

Rayonda əlaqə
saxladığımız digər mənbələr isə, dövlətimizin vətəndaşların həyat və yaşayış şəraitini
yüksəltmək istiqamətində ardıcıl
addımlar atdığı bir dövrdə yerlərdə ayrı-ayrı məmurların hələ də narazılıq,
hakimiyyətə inamsızlıq yaratmaq siyasətindən əl çəkmədiklərini dedi. “Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri olaraq Səlim Müslümovun vətəndaşların həkim-tibbi
komissiyadan keçmələrinin sadələşdirilməsi
istiqamətində gördüyü işlərin müqabilində Cəlilabadda hər şey tərsinə gedir gedir.Son vaxtlar burada xüsusi adamlar
peyda olub ki, xəstə vətəndaşlardan pul alıb komissiyaya salırlar. Deyilənlərə
görə, bu işlə komissiya sədrinin yaxın adamları məşğul olur. Bunun hesabına da
adi illik komissiyadan keçməyin haqqı 4-5 dəfə qalxıb. Xəstə, yarımcan insanlar
isə bu pulu verə bilmirlər, bunun hesabına da əhalinin narazılığı getdikcə
artır. Ümid edirik ki, hörmətli nazirimiz tezliklə bu məsələ ilə bağlı öz
sözünü deyəcək.”

Biz də cumhuriyyet.az
olaraq mövzunu gündəmdə saxlayır və gələn yazılarımızda mövzu ilə bağlı geniş
materialla çıxış edəcəyik.

Fariz Yusifov

Short URL: http://www.cumhuriyyet.net/?p=16364

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31