Hökumətdən xarici QHT-lərə növbəti "badalaq"
Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət
qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması
və bağlanması Qaydaları”nda dəyişiklik edib.

qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət
qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması
və bağlanması Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına
görə, dəyişiklik Ədliyyə Nazirliyi ilə xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının (QHT) filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı
ilə bağlı sazişin bağlanması şərtlərini əhatə edir.
ki, qüvvədə olan Qaydaya əsasən saziş bağlanmazdan öncə Ədliyyə
Nazirliyi ilə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və
ya nümayəndəlikləri arasında danışıqlar aparılmalıdır. Danışıqlar
zamanı təşkilat barədə məlumat və onun Azərbaycanda fəaliyyətinin
məqsədləri, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi
müzakirə edilməli və dəqiqləşdirilməlidir. Danışıqlar prosesində
təşkilatın Azərbaycan ərazisində gələcək fəaliyyəti Azərbaycan
Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət
etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı
fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi
ilə əlaqələr qurmamaq, siyasi və dini təbliğatla məşğul olmamaq,
qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan
məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək ilə
şərtləndirilməlidir. Məhz bu şərtlər təşkilat tərəfindən qəbul
edildikdə, Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş
bağlanılır.
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəlikləri arasında dövlət qeydiyyatı ilə bağlı saziş bağlanarkən
sazişdə onun qüvvədə olması müddəti də göstərilməlidir. Saziş
bağlandıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada
filial və ya nümayəndəliyin dövlət qeydiyyatı həyata keçirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=16366